Zelenski Kralla görüşdü – Video

  Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniyaya səfəri çərçivəsində Kral III Çarlzla görüşüb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb. Məlumata görə, bu görüş Ukrayna-Britaniya münasibətləri tarixində Ukrayna prezidentinin Britaniya monarxı ilə ilk auditoriyası olub. Zelenski Kral III Çarlzı taxta çıxması münasibətilə təbrik edib, Britaniya xalqına sülh və firavanlıq arzulayıb. Prezident […]

BMT rəsmiləri Türkiyədə zəlzələ bölgəsinə səfər edəcək

BMT rəsmiləri yaxın günlərdə Türkiyədə zəlzələ bölgəsinə səfər edəcək. Cumhuriyyet.az xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsünün müavini Fərhan Haq brifinqdə deyib. Onun sözlərinə görə, BMT-nin Baş katibi Antoniu Quttereş zəlzələdən ziyan çəkən ölkələrin liderləri ilə əlaqə saxlayıb və bölgədə BMT-nin təcili yardım qruplarının səfərbər olduğunu bildirib. Xilasetmə qrupları dağıntılar altında qalan insanların axtarışları […]

Estoniya ABŞ-dan 200 milyon dollarlıq HIMARS alacaq

Estoniya ABŞ-dan 200 milyon dollar məbləğində HIMARS reaktiv yaylım atəşi sistemləri (RYAS) alacaq. Cumhuriyyet.az xəbər ki, bu barədə Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahı məlumat verib. 200 milyon dollar dəyərində HIMARS satınalınması üzrə layihə Estoniya tarixində ən böyüyüdür. Satınalma layihəsi çərçivəsində 6 ədəd RYAS, eləcə də sursatlar, rabitə həlləri, təlim, logistika sistemləri alınacaq. Satınalma paketinə 70-300 […]

Aİ Türkiyə üçün donor konfransı keçirəcək

Avropa Komissiyası və Aİ Şurası mart ayında zəlzələdən zərər çəkmiş Türkiyə və Suriya xalqları üçün donor konfransı təşkil edəcək. Bu barədə çərşənbə günü hazırda Aİ-yə sədrlik edən İsveç hökumətinin press-relizində məlumat verilib. “Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və İsveçin baş naziri Ulf Kristersson bu həftə baş verən hadisələrdən sonra Türkiyə və Suriya xalqına […]

Ermənistan və İran Laçına hücuma hazırlaşır

Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribat planlaşdırır. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Haqqın.az diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, təxribatın hazırlanması və həyata keçirilməsində SEPAH-ın 30 hərbçisindən ibarət təxribat qrupu iştirak edəcək: “Hazırda SEPAH-ın etnik azərbaycanlılardan təşkil olunmuş xüsusi təlim keçmiş diversiya qrupu Ermənistan-Azərbaycan sərhədinin bilavasitə yaxınlığında, Sünik (Zəngəzur) rayonunda yerləşib və […]

Bu gün 200-dən çox Azərbaycan vətəndaşı Türkiyədən təxliyə olunacaq

“Artıq bir neçə avtobusumuz Gürcüstan sərhədini keçib”. Cumhuriyyet.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib. Səfir bildirib ki, təxliyə olan vətəndaşlarımız qida ilə təmin olunur: “Gürcüstanda da onlara yemək verilir. Bu gün də 200-dən çox vətəndaşın təxliyə olunacağını ehtimal edirik. Hər gün bir gün öncəki məlumatların əsasında avtobusların sayı müəyyənləşdirilir”.

Şuşaya qar yağır, yolların təmizlənməsi davam etdirilir

Ötən gün axşam saatlarından başlayaraq Şuşa şəhərinə yağan qar davam edir və hazırda havanın temperaturu -3 dərəcədir. Şəhər ərazisində nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə yolların qardan təmizlənməsi işləri axşam saatlarında da davam etdirilir. Belə ki, küçə və prospektlərdə səhər saatlarından etibarən iş aparılır, yollar texnika vasitəsilə qardan təmizlənir. Gün ərzində təmizləmə […]

Azərbaycan başda olmaqla, bu ölkələr… – Ərdoğan

Azərbaycan başda olmaqla, İsrail, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt dəstək olublar. Cumhuriyyet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Ümumilikdə 60-dan çox ölkədən Türkiyəyə yardımlar göndərilib. Telefon danışığı zamanı bizə dəstəyin davam etdirəcəklərini bildiriblər. Bütün dəstək verən ölkələrə millət adından təşəkkür edirəm”, – Ərdoğan qeyd edib.

Mehriban Əliyeva göstəriş verdi, təyyarə yola düşür

Türkiyədə baş vermiş zəlzələdə zərərçəkənlərə dəstək məqsədi ilə Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım aparan təyyarə yaxın saatlarda faciə bölgəsinə yola düşəcək. Cumhuriyyet.az xəbər verir ki, təyyarədə 36 ton yardım – müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, […]

Türkiyədə 7,7 bal gücündə zəlzələ anının yeni qorxunc görüntüləri yayıldı – VİDEO

Türkiyədə baş vermiş və episentri Kahramanmaraş şəhəri olan 7,7 bal gücündə zəlzələnin yeni görüntüləri yayılıb. Qorxunc görüntülər müşahidə kameralarına düşüb. Dəhşətli mənzərə yaradan videoda müşahidə kamerasının necə güclü və sürətlə silkələndiyi, arxa fonda isə ildırımın çaxması əks olunub.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728