Valideynlərə VACİB XƏBƏRDARLIQ – 48 saatadək… – VİDEO

Çöpçülərə müraciət ilə bağlı məsələyə münasibət birmənalı deyil. Bununla belə, influenza virusunun geniş yayıldığı bu günlərdə uşaqlarda tez-tez virusa yoluxma halları baş verir. Bunun nəticəsi olaraq uşaqların hərarəti qalxır, onlarda iştahsızlıq yaranır. Bəzi valideynlər isə bunu “çöpqalma” hesab edirlər. Ancaq həkim isə ciddi şəkildə xəbərdarlıq edir. Bildirilir ki, yanlış müdaxilə boğulma ilə nəticələnə bilər. Digər […]

NATO-dan xəbərdarlıq: Uzun mübarizəyə hazır olun!

NATO ölkələri və Rusiya arasında konfrontasiya uzun müddət davam edə bilər. Cumhuriyyet.az  xəbər verir ki, bu barədə NATO rəhbəri Yens Stoltenberq deyib. “Biz uzunmüddətli perspektivə hazır olmalıyıq, bu, uzun illər davam edə bilər”, – deyə baş katib bildirib.

Azərbaycanda marqarinə dair yeni tələb müəyyənləşdirildi

“Yaxılabilən yağlarda və qatı yağlarda trans yağ turşularının tənzimlənməsinə dair sanitariya norma və qaydası” təsdiqlənib. Cumhuriyyet.az  xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası qərar qəbul edib. Yaxılabilən yağlar qida məqsədilə istifadə edilən, habelə fiziki və kimyəvi modifikasiyaya məruz qalmış bitki mənşəli yağlardan və ya onların heyvan mənşəli yağlar və (və ya) piylərlə qarışığından […]

Rusiya Avstriya diplomatlarını ölkədən çıxarır

Rusiya Avstriyanın dörd diplomatını arzuolunmaz şəxsi elan edərək onların fevralın 23-ü gün sonunadək ölkəni tərk etmələrini tələb edib. Bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Avstriyanın Moskvadakı səfiri Verner Almhofer XİN-ə çağırılıb və diplomatların çıxarılması ilə bağlı nota ona təqdim olunub. Bu addımın Avstriyanın Rusiyaya qarşı tutduğu mövqeyə cavab olaraq atıldığı […]

Zelenski Tokayevlə humanitar yardımı müzakirə etdi

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə Ukrayna dövlət başçısı Vladimir Zelenski arasında telefon danışığı olub. Cumhuriyyet.az  xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Tərəflər Qazaxıstan və Ukrayna arasında humanitar əlaqələri müzakirə ediblər.

Türkiyədə növbəti zəlzələ baş verdi

Türkiyənin Malatya vilayətinin Doğanşehir ilçəsində 4,7 bal gücündə zəlzələ baş verib. Cumhuriyyet.az  xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Zəlzələnin 7 km dərinlikdə baş verdiyi bildirilir. Yeraltı təkanlar ətraf ilçələrdə də hiss edilib.

Zəlzələ ABŞ-ın Suriya siyasətini dəyişəcək?

Suriyada baş verən zəlzələ Vaşinqtonun rəsmi Dəməşqə qarşı siyasətinə təsir etməyəcək. Cumhuriyyet.az  xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Con Kirbi zəlzələdən sonra Amerikanın yardımının Suriya hakimiyyətində münasibətdə dəyişiklik anlamına gəlib-gəlməməsi ilə bağlı sualları cavablandırarkən deyib. “Heç bir dəyişiklik olmayıb və biz Əsəd rejimi ilə bağlı bunları gözləmirik”, – o bildirib. Kirbi yardımların artıq […]

Bəy və gəlin toy gecəsi zəlzələdə həlak oldu

Hatayda fevralın 5-də evlənən cütlük zəlzələ nəticəsində həlak olublar. Cumhuriyyet.az  xəbər verir ki, Elif və Halil İbrahim Aksoy adlı cütlük yeni aldıqları evin dağıntıları altında qalaraq, ölüblər.

Rəşad Dağlı ilə bağlı YENİ XƏBƏR

Ötən il meyxana aləminin ən məşhur simalarından olan Rəşad Dağlının həbs edilməsi pərəstişkarları və meyxanasevərlər arasında dərin kədərlə qarşılandı. Şəxsi münasibət zəmnində qonşusu İsgəndər adlı şəxsi bıçaqlayaraq qətlə yetirdiyi üçün həbs edilən məşhur meyxanaçının səhhəti və cinayət işinin prosseduru ilə bağlı xəbərlər insanlar arasında yetərincə maraq doğurur. Cumhuriyyet.az xəbər verir ki, Referans.az saytı Rəşad Dağlının […]

Mobil telefonların qiyməti sürətlə bahalaşacaq

“Bu qərar birbaşa qiymətlərin bazarda artmasına hesablanıb”. Bunu dünəndən etibarən Azərbaycana fiziki şəxslər tərəfindən istifadə üçün gətirilən mobil telefonlara gömrük rüsumunun tətbiqini şərh edən iqtisadçı Akif Nəsirli deyib. Cumhuriyyet.az xəbər verir ki, o, Bizim.media-ya açıqlamasında bildirib ki, istənilən məhsul hansı vəziyyətdəsə əlavə vergi və rüsumlara cəlb edilirsə, bu, son nəticədə maya dəyərində öz təsirini göstərir: […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728