
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında deyilir. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanın ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il mayın 1-i saat 06:00-dək uzadılıb.
Fev 21 2023 | Posted in
Son Xəbər |
Read More »

ABŞ-nin Moskvadakı diplomatik missiyasının rəhbəri Linn Treysi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Bunun ABŞ və Qərb ölkələrinin Ukraynadakı müharibəyə cəlb olunması ilə bağlı olduğu qeyd edilib. Bu barədə nazirliyin saytında məlumat verilib. “Vəziyyətin yüngülləşdirilməsi üçün Vaşinqton ABŞ-NATO hərbçilərinin və texnikasının çıxarılmasını, habelə düşmən anti-Rusiya fəaliyyətinin dayandırılmasını nəzərdə tutan addımlar atmalıdır”, – deyə nazirliyin notasında bildirilib.
Fev 21 2023 | Posted in
Dünya |
Read More »

Ermənistandan Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə ixracın həcmi 2022-ci ildə 2.8 dəfə artaraq 1.6 milyard dollara çatıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankının hesabatında qeyd olunub. Bildirilib ki, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstanın Aİİ-yə ixracı 2022-ci ildə 9.8 milyarda (1.4 dəfə) çatıb. Bu məbləğin də 9.5 milyard dolları Rusiyanın payına düşür. Ermənistanın […]
Fev 21 2023 | Posted in
Son Xəbər |
Read More »

Sentyabrda yerli və regional hakimiyyət orqanlarına seçkilər və 2024-cü ildə prezident seçkiləri ciddi qanunauyğun şəraitdə həyata keçiriləcək. Cumhuriyyet.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində deyib. “Seçkilər demokratik və konstitusiyaya riayət olunmaqla keçiriləcək”, – Putin bildirib.
Fev 21 2023 | Posted in
Dünya |
Read More »

“Tərtər işi” ində təqsirləndirilərək həbs edilən general-mayor Bəkir Orucovun barəsində olan cinayət işinin ibtidai istintaqı yekunlaşıb. Cumhuriyyet.az xəbər verir ki, cinayət işinin materialları baxılmaq üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda “Tərtər işi” ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı iş üzrə […]
Fev 21 2023 | Posted in
Cəmiyyət |
Read More »

Ukraynaya Fransadan təhlükəli pendir tədarük olunub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Ərzaq İstehlakı Xidmətindən bildirilib. Məlumata görə, Fransanın istehsalçı “SOCIETE LAITIERE DE VICHY”, ixracatçı “Thomas Export SA” şirkətlərinin tədarük etdiyi “Qaperon” adlı pendirdə “Listeria monocytogenes” adlı bakteriya aşkarlanıb. Bildirilib ki, yoluxmuş ərzaq məhsullarını yedikdən sonra “Listeria” bağırsaqlardan mərkəzi sinir sisteminə və cinsiyyət […]
Fev 21 2023 | Posted in
Dünya |
Read More »

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar ayında 3,1 min şəxsə əlillik təyin edib. Bu barədə Cumhuriyyet.az-a nazirlikdən məlumat verilib. Qeyd olunub ki, onlardan 1,4 mininə ilkin, qalanlarına təkrar əlillik təyinatı aparılıb. Həmçinin Agentliyin reabilitasiya müəssisələrində ötən ay 5,1 min şəxsə reabilitasiya xidməti göstərilib, 1038 şəxsə […]
Fev 21 2023 | Posted in
Cəmiyyət |
Read More »

Prezident İlham Əliyev “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 447-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 dekabr tarixli 1158 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Cumhuriyyet.az fərmanın mətnini təqdim edir: “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan […]
Fev 21 2023 | Posted in
Siyasət |
Read More »

Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikasında təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Fev 21 2023 | Posted in
Son Xəbər |
Read More »

Arif İmran oğlu Babayev Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Fev 21 2023 | Posted in
Son Xəbər |
Read More »