Rusiyalılar bu il əsasən Bakıya səyahət etməyi planlaşdırırlar

Rusiyada bu yay istirahətlərini özləri planlaşdıran turistlər Soçi, Bakı və İstanbulda dincəlmək qərarına gəliblər. Rusiyalılar artıq yay üçün aktiv şəkildə reyslər bron edirlər. Xarici ölkələrə səyahət etmək istəyən rusiyalılar üç şəhəri – Bakı, Antalya və İstanbulu seçirlər. Səyahətçilər paytaxtın hava qovşağından bu şəhərlərə uçmağı planlaşdırırlar. Turistlər əsasən Rusiya ətrafında səyahətə maraq göstərirlər (93%), Soçi isə […]

“Reuters”: “Aİ ölkələri Rusiyaya qarşı 10-cu sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyib”

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı sayca 10-cu sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi dörd diplomata istinadən məlumat yayıb. Onlar bildiriblər ki, yeni sanksiyalar paketinin müzakirəsi sabah, fevralın 23-də davam etdiriləcək.(report)

Bakıdan Haaqa məhkəməsinin qərarına reaksiya

Azərbaycan Xarici İşlər Nazirliyi Beynəlxalq Ədalət Məhkəməsinin irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı işlər üzrə 22 fevral 2023-cü il tarixli qərarlarına münasibət bildirib. Cumhuriyyet.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub: “Biz Məhkəmənin 7 dekabr 2021-ci il tarixli əvvəlcədən verdiyi qərara əsasən, Ermənistanın hələ də tərəflərin mübahisəsini […]

İranda hökumətin 40-a yaxın gizli işgəncə mərkəzi üzə çıxdı – FOTO

İranda hökumətinin 40-a yaxın gizli işgəncə mərkəzi üzə çıxıb. Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib. CNN kanalı İslam Respublikası xüsusi təyinatlı qüvvələr tərəfindən işgəncələrə məruz qalan onlarla iranlı etirazçıdan götürdüyü müsahibələrin əks olunduğu yeni reportajda hökumətin gizli işgəncə mərkəzləri haqqında məlumat verib. Videoreportajda həmin işgəncə mərkəzlərinin konkret yeri xəritədə dəqiq coğrafi koordinatlarla göstərilib […]

Bizim üçün Azərbaycanın təhlükəsizliyi vacibdir – Dokerti

Azərbaycanın təhlükəsizliyi bizim üçün Britaniyanın təhlükəsizliyi qədər vacibdir. Cumhuriyyet.az xəbər verir ki, bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa üzrə dövlət naziri Leo Dokerti deyib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini söyləyən nazir diqqətə çatdırıb ki, rəsmi Azərbaycan enerji və […]

Bəsitçay qoruğunda fototələlər quraşdırıldı

Bəsitçay Dövlət Təbiət Qoruğunun bərpası istiqamətində Prezident İlham Əliyevin müvafiq Sərəncamı var. Sərəncamdan irəli gələn bəzi işlər həyata keçirilib. Qoruğun xəritəsi hazırlanıb, ərazidə inventarlaşma işlərinə start verilib. Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları ilə birgə əraziyə bir neçə dəfə səfər edilib. ANAMA mütəxəssisləri tərəfindən ərazilər təmizləndikcə mütəmadi olaraq həmin işlər həyata keçirilir. 22 hektar təmizlənmiş ərazidə […]

Azərbaycanla Pakistan arasında rəqəmsal inkişaf sahəsində təlim mərkəzləri yaradılacaq

Azərbaycanla Pakistan arasında rəqəmsal inkişaf sahəsində təlim mərkəzləri yaradılacaq. Cumhuriyyet.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün tviter hesabında yazıb. Nazir bildirib ki, Pakistan İslam Respublikasının İnvestisiyalar üzrə Şurasının federal naziri Çaudri Salik Hüseyn və neft üzrə dövlət naziri Musadik Məsud Malik ilə görüşdə Azərbaycanla Pakistan arasında nəqliyyat, İKT və […]

Nazirlik rəsmisi: “Laçında 40 faydalı qazıntı yatağı mövcuddur” – FOTO

“Laçında 40 faydalı qazıntı yatağı mövcuddur və faydalı qazıntıların istismarı zamanı təbiətə dəyən ziyanın minimuma endirilməsi üçün monitorinqlər aparılır”. Cumhuriyyet.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Azər Şükürov deyib. Aprel ayının 5-də növbəti hərracın keçiriləcəyini qeyd edən qurum rəsmisi əlavə edib ki, işğaldan azad edilən ərazilərdə olan yataqların koordinatları ANAMA-ya təqdim […]

İşçi Qrupu: “Oxçuçayın çirkləndirmələr üzrə göstəriciləri sistemləşdirilir”

“Oxçuçay İşçi Qrupu olaraq təxminən bir il ərzində Oxçuçayda və ətraf ərazilərində bir neçə məntəqədə ekoloji monitorinqlər həyata keçirmişik”. Cumhuriyyet.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Oxçuçay İşçi Qrupunun üzvü Sübahət İsgəndərov bildirib. Onun sözlərinə görə, ekoloji monitorinqlər zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Elm […]

“Qarabağ” Avropa Super Liqasında iştirak edə bilər

“Qarabağ” Avropanın üç böyük klubu “Real”, “Barselona” (hər ikisi İspaniya) və “Yuventus”un (İtaliya) birgə layihəsi olan Avropa Super Liqasında iştirak edə bilər. Cumhuriyyet.az-ın məlumatına görə, bu barədə Opta statistika platforması araşdırmasında bildirib. Qeyd olunub ki, Avropa Super Liqasının təşkilatçıları qitənin 80 komandasının iştirakı ilə ənənəvi yarış təşkil etməyi planlaşdırır. Həmin klubların bir neçə liqaya bölünmələri […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728