Britaniya rəhbər qadınların sayına görə dünyada ikinci yerə yüksəlib

Böyük Britaniya ölkənin aparıcı kompaniyalarında direktorlar şurasının rəhbəri vəzifəsini tutan qadınların sayına görə yalnız Fransadan geri qalır. Cumhuriyyet.az xəbər verir ki, Reuters agentliyi bu barədə məlumatında London Fond Birjasının məruzəsinə istinad edib. Məlumata görə, aksiyaları London Fond Birjasında dövr edən ən iri 350 kompaniyanın rəhbərliyində qadınların payı 40,2 faizə bərabərdir. Halbuki 11 il əvvəl bu […]

Ronaldu Səudiyyə Ərəbistanında ayın futbolçusu seçilib

“Al-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatında fevral ayının ən yaxşı futbolçusu seçilib. Cumhuriyyet.az xəbər verir ki, portuqaliyalı forvard azarkeşlərin səsverməsi nəticəsində bu ada layiq görülüb. 38 yaşlı futbolçu bu mövsüm Səudiyyə Ərəbistanı çempionatında 8 qol vurub. Qeyd edək ki, Kriştianu Ronaldu ötən ilin dekabrında “Əl-Nəsr”ə transfer olunub.

İsraildəki səfirimiz işə başladı: Şalom, İsrail!

Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov artıq fəaliyyətinə başlayıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə səfir öz Tvitter səhifəsində paylaşım edib. O, ilk tviti ilə İsraili salamlayıb: “Şalom, İsrail!” Qeyd edək ki, yanvarın 11-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Muxtar Məmmədov Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdi.

Lavrov Bakıdan İrəvana mesaj verdi – cavabı gecikmədi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıdan İrəvana “Avropa İttifaqı missiyasını bölgəyə gətirməklə yanlışlığa yol verirsiniz” cümləsiylə mesaj göndərdi. Ermənistanın parlament sədri Alen Simonyan isə İrəvandan ona bu şəkildə cavab verdi: “Moskva digər ölkələrin Ermənistan-Azərbaycan münasibətlərini normallaşdırmaq təşəbbüslərinə həddən artıq emosional və əsəbi reaksiya verir”. Simonyan bununla Lavrova demək istəyib ki, bizim işimizə qarışmayın. Cumhuriyyet.az […]

Əliyev: Azərbaycan və Kubanın oxşar cəhətləri…

Azərbaycan və Kuba xalqlarının azadlıq uğrunda mübarizlik əzmləri oxşar cəhətlərdəndir. Xalqımız işğal və təcavüzlə heç zaman barışmayıb, öz torpaqlarını 30 ilə yaxın davam edən işğaldan azad edib. Cumhuriyyet.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Dövlətimizin başçısı Kuba xalqının azadlıq […]

Kuba ilə əməkdaşlıq üçün xüsusi perspektiv var – Prezident

Azərbaycan-Kuba əməkdaşlığının inkişafı üçün böyük perspektivlər var və bu, səhiyyə sahəsində xüsusi əhəmiyyət kəsb edir. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib. Dövlətimizin başçısı, həmçinin turizm, təhsil, kənd təsərrüfatı, mədəniyyət, əczaçılıq kimi sahələrdə əlaqələri inkişaf etdirmək üçün imkanların […]

Finlandiya Rusiya ilə sərhəddə sədd inşasına başladı

Finlandiya Rusiya ilə sərhəddə inşa edəcəyi səddin üç kilometrlik sınaq hissəsinin tikintisinə başlayıb. Cumhuriyyet.az xəbər verir ki, tikinti işləri fevralın 27-də İmatra sərhəd-keçid məntəqəsi rayonunda start götürüb. Sınaq zamanı səddin qış temperaturuna və qar kütləsinə, həmçinin Rusiyadan mümkün insan axınına tab gətirib-gətirməyəcəyi yoxlanılacaq. Respublikanın hakimiyyət orqanları inşası 2023-cü ildə başa çatacaq səddin tikintisinə 6 milyon […]

Qoşulmama Hərəkatında yaxşı irs qoymuşuq – Prezident

Azərbaycan Qoşulmama Hərəkatında 4 il ərzində sədr ölkə olaraq yaxşı irs qoyub. Cumhuriyyet.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Prezident İlham Əliyev vurğulayıb ki, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi bu il başa çatacaq və Azərbaycan 4 il ərzində sədr ölkə […]

Putin Rusiyanın START-da iştirakını dayandırdı

Rusiya Prezidenti Vladimir Putin Rusiyanın “Strateji Hücum Silahlarının azaldılması Müqaviləsi”ndə (START-3) iştirakının dayandırılması barədə qanun imzalayıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin məlumatında deyilir. Qeyd edək ki, Putin bundan öncə Rusiyanın START müqaviləsində iştirakını dayandıracağını, ancaq bunun sazişdən çıxmaq anlamına gəlmədiyini bəyan etmişdi.

Ərdoğan açıqladı: Bu gündən ödənişlərə başlayırıq!

Çətinliklər olsa da, ilk gündən bu yana yanınızda olduq. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəhrəmanmaraşın Afşin və Elbistan ilçələrində çadır şəhərciyində müvəqqəti məskunlaşmış sakinlərlə görüşündə deyib. “15 min lirə daşınma yardımını bu gündən ödəməyə başlayırıq. Təcili ehtiyaclar üçün 100 min lirə veririk. Fəlakətdən zərər görən vətəndaşlarımız üçün 10 min […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728