11 Avropa ölkəsi nüvə enerjisi üçün alyans yaradır

11 Avropa Birliyi ölkəsi Avropada nüvə enerjisinin inkişafı üçün alyans yaradır. Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Energoatom” məlumat yayıb. Qeyd olunub ki, Bolqarıstan, Xorvatiya, Çexiya, Finlandiya, Fransa, Macarıstan, Hollandiya, Polşa, Rumıniya, Slovakiya və Sloveniya nüvə enerjisi sahəsində əməkdaşlıq etmək istədiklərini təsdiqləyiblər.

Moldovada vəziyyəti gərginləşdirirlər – Çuka

Moldovada vəziyyəti sabitsizləşdirmək və ətrafında süni gərginlik yaratmaq cəhdləri getdikcə artır. Cumhuriyyet.az xəbər verir ki, bunu Rumıniya Baş naziri Nikolae Çuka deyib. “Biz Moldovada sabitliyi pozmaq, süni şəkildə gərginlik yaratmaq və qəsdən yalan məlumatların yayılmasına əsaslanan düşmənçilik əhval-ruhiyyəsi yaratmaq cəhdlərini getdikcə daha çox görürük”, – deyə Çuka bildirib.

Almaniya 2045-ci ilə qədər sakinlərə bunu qadağan edə bilər

Almaniya 2045-ci ilə qədər evlərin neft və qazla qızdırılmasını qadağan etmək istəyir. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb. Bildirilib ki, Almaniyanın iqtisadiyyat naziri Robert Habek 2045-ci ilə qədər neft və qazla isitməni qadağan edən qanun layihəsi hazırlayıb. İlk mərhələnin 2024-cü ildən etibarən başlayacağı bildirilib. Qanun layihəsinin mətninə əsasən, 2024-cü ildən […]

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev ilə görüşüb.

“WhatsApp”la bağlı daha bir YENİLİK

“Daniel Gross” adlı proqram tərtibatçısı “Python” proqamından istifadə edərək “ChatGPT”ni “WhatsApp”a inteqrasiya edib. Cumhuriyyet.az-ın Trend-ə istinadən məlumatına görə, “WhatsApp” istifadəçisi heç bir tədbir görmədən avtomatik olaraq qarşı tərəfə mesaj göndərə biləcək. Ancaq qeyd etmək lazımdır ki, bu, nə “OpenAI” tərəfində, nə də “WhatsApp” tərəfində rəsmiləşən bir vəziyyətdir. Bu, yalnız Daniel Qross tərəfindən hazırlanıb. “WhatsApp”da “ChatGPT” […]

Əhaliyə XƏBƏRDARLIQ: İnanmayın!

Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara kiberdələduzlarla bağlı xəbərdarlıq edib. Cumhuriyyet.az quruma istinadən xəbər verir ki, kiberdələduzlar saxta veb saytlar vasitəsilə vətəndaşları Trendyol şirkətinin 15 illiyi münasibətilə sorğuda iştirak edərək pul mükafatı qazanmağı vəd edirlər. Sorğuda iştirak edən istifadəçilərdən kampaniya barədə məlumatı vatsap mobil tətbiqi vasitəsilə 5 qrup və […]

Yaponiyada uşaqlar arasında intihar hallarının sayında rekord

Yaponiyada 2022-ci ildə uşaqlar arasında intiharların sayı 2021-ci ilə nisbətən artaraq bütün dövrlərin ən yüksək səviyyəsinə çatıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Ötən il 512 məktəbli intihar edib ki, bu da 2021-ci illə müqayisədə 39 nəfər çoxdur. Təhsil naziri Keiko Naqaoka bələdiyyə təhsil komitələrinə uşaqlarda intihar etmək istəyini göstərən təhlükə əlamətlərini axtarmaqda səy […]

Avropanın ən təhlükəsiz və ən təhlükəli ölkələri…

İsveçrə cari il üçün Avropanın ən təhlükəsiz ölkələrinin reytinqində ilk pillədə yer alıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə “SchengenVisaInfo.com və “Gamblino.com” saytlarının araşdırmasında bildirilib. Təhlükəsizlik üçün əsas meyarlar qətllər, hücumlar, təbii fəlakət riski və qlobal sülh indeksi daxil olmaqla, ümumilikdə 9 göstərici əsas götürülüb. Son iki yerdə müvafiq olaraq Ukrayna və Rusiya qərarlaşıb. Maraqlıdır […]

Şövkət Mirziyayev Bakıya gəldi

Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev martın 1-də Azərbaycan Respublikasına səfərə gəlib. Cumhuriyyet.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Özbəkistan Prezidenti Şövkət Mirziyayevi Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

Ərdoğan Yunanıstan prezidentinə başsağlığı verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan Prezidenti Katerina Sakellaropula başsağlığı verib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. Ərdoğan qatar qəzasına görə kədərləndiyini, həyatını itirənlərin yaxınlarına başsağlığı verib. Qeyd edək ki, ölkənin Larissa şəhəri yaxınlığında qatar qəzası nəticəsində 36 nəfər həlak olub, 85 nəfər isə yaralanıb.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031