Rusiya MN: Xocavənddə atəşkəs pozuldu

Xocavənd və Şuşa rayonları ərazisində, sülhməramlıların müvəqqəti məsuliyyət zonasında atəşkəs rejiminin pozulması barədə məlumat yayılıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. Rusiya MN yenə də Azərbaycan Müdafiə Nazirliyinin dəfələrlə etdiyi çağırışlara baxmayaraq, yaşayış məntəqlərinin adlarını yanlış göstərib. Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi bu gün onların gözləri önündə ermənilərin qanunsuz silahlı […]

Azərbaycan və Anqola XİN başçıları ikitərəfli əlaqələri müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Anqola Respublikasının xarici işlər üzrə dövlət katibi Esmeralda Mendonsa ilə görüşüb. Cumhuriyyet.az xəbər verir ki, görüşdə iki ölkə arasında siyasi, iqtisadi, təhsil, kənd təsərrüfatı və s. sahələrdə mümkün əməkdaşlıq perspektivləri, o cümlədən beynəlxalq təşkilatlar […]

ABŞ-də Rusiyaya kömək edən iki amerikalı həbs edildi

“ABŞ-nin Kanzas-Siti şəhərində iki amerikalı Rusiya Federasiyasına yardım etdiyinə görə həbs edilib”. Bu barədə ABŞ Ticarət Departamentinin nümayəndəsi Metyu Akselrod bildirib. Amerikalılar ABŞ-nin ixraca nəzarət qaydalarını pozmaqda və Rusiyaya aviasiya texnologiyaları göndərməkdə şübhəli bilinirlər. Bildirilir ki, məsələ ilə bağlı ABŞ Ticarət Nazirliyi Federal Təhlükəsizlik Bürosu və Ədliyyə Departamentinin prokurorları ilə əməkdaşlıq edir. “59 yaşlı Kirill […]

ABŞ Ukraynaya 400 milyonluq hərbi yardım ayırdı

ABŞ Ukraynaya 400 milyon dəyərində yeni hərbi yardım paketinin ayrıldığını elan edib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak təsdiqləyib. Onun sözlərinə görə, yeni yardım paketinə HİMARS üçün əlavə sursatlar, artilleriya mərmiləri, BMP Bradley üçün döyüş sursatları və s. daxildir.  

Türkiyəni dünyada elə bir ölkə edəcəyik ki… – Ərdoğan

Türkiyəni dünyada fəlakətlərə ən hazırlıqlı ölkə etməkdə fikrimiz qətidir. Cumhuriyyet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. “Tariximizin ən ağır insan itkisi və dağıntılarından biri olan 6 fevral zəlzələlərini fəlakətlərdə yeni mərhələnin başlanğıcı edəcəyik. Daha tez və keyfiyyətli fəaliyyət göstərəcəyimizə şübhə yoxdur”, – Ərdoğan qeyd edib.

Elgiz Mustafa Sandalın xalasını polisə şikayət edib

Aparıcı Elgiz Əkbər türkiyəli müğənni Mustafa Sandalın xalasını polisə şikayət edib. Cumhuriyyet.az Axşam.az-a istinadən xəbər verir ki, bu haqda aparıcı “Elgizlə izlə” verilişində danışıb. O bildirib ki, hadisə illər əvvəl Türkiyədə yaşadığı vaxt baş verib: “Türkiyədə 2 il yaşamışam. Orada qaldığım evdə yaşaya bilmirdim. Qonşum evində 200 pişik saxlayırdı. İydən qala bilmirdim. Getdim şikayət etdim. […]

Qazaxda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib

Respublika Prezidenti İlham Əliyevin müvafiq tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar respubikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlər keçirilir. Martın 3-də “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib. Ümummilli Liderin anadan […]

Aİ Çinə qarşı sanksiyalar tətbiq edə bilər

Çinin Rusiyaya silah tədarükü təsdiqini taparsa, Avropa İttifaqı Pekinə qarşı sanksiyalar tətbiq edə bilər. Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Aİ institutlarındakı mənbəyə istinadən məlumat yayıb. “Çin Rusiyaya silah tədarük edərsə, bu, sonuncu qırmızı xətt olacaq. Aİ sanksiyalarla cavab verəcək”, – agentlik adı açıqlanmayan rəsmidən sitat gətirib. Fevralın 21-də Brüsseldə keçirdiyi mətbuat konfransında […]

KİV: Kadırovun səhhətində ciddi problemlər yaranıb

Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətində ciddi problemlər yaranıb. Məlumata görə, son bir neçə ayda o olduqca kökəlmiş, şişkin görünür və videolarda çox vaxt gözlərini aça bilmir. Ehtimal olunur ki, Kadırovun böyrəklərində ciddi problemlər var. Bunu İçkeriya baş nazirinin keçmiş müavini Əhməd Zakayev iddia edir. Onun sözlərinə görə, Kadırov Moskva həkimlərinə etibar etmədiyi üçün Birləşmiş Ərəb […]

Hacı Şahinin vəfatının səbəbi AÇIQLANDI – VİDEO

“Mərhum ilahiyyatçı alim Hacı Şahin Həsənliyə ürəyin işemik xəstəliyi diaqnozu qoyulmuşdu”. Bu fikirləri “Xəzər Xəbər”ə müsahibəsində deputat, tanınmış ürək və damar cərrahı Rəşad Mahmudov deyib. Rəşad Mahmudov xatırladıb ki, hələ 2016-cı ildə anjuoqrafiyanın mütləq göstərici olduğu ilahiyyatçı-alim Hacı Şahinin diqqətinə çatdırılıb. Mütəxəssis deyib ki, koronor sindrom ən çox qəfil ölüm səbəblərindən biridir. Daha ətraflı süjetdə:

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031