“Tərtər işi” ilə bağlı YENİ XƏBƏR

“Tərtər işi” ilə bağlı ittiham olunan 4 nəfər – Vüsal Ələsgərov, Rəşid Niftəliyev, Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə məhkəmənin başlayacağı tarix məlum olub. Cumhuriyyet.az APA-ya istinadən xəbər verir ki, iş üzrə hazırlıq iclası martın 14-nə təyin olunub. Cinayət işi Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə araşdırılacaq. Bu iş üzrə 192 […]

Zəngəzur dəhlizi addım-addım reallaşır – Türkiyə KİV

Türkiyə ilə Azərbaycanı bir-biri ilə əlaqələndirəcək Zəngəzur dəhlizinə addım-addım yaxınlaşılır. Cumhuriyyet.az Report-a istinadən xəbər verir ki, bu barədə “TRT Haber”in saytında yer almış “Zəngəzur dəhlizi addım-addım reallaşır” sərlövhəli məqalədə bildirilib. Yazıda xatırladılıb ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan 30 il işğal altında qalan torpaqlarını azad edib: “Tarixi ərazilərdə yenidənqurma işləri həyata keçirildi, yeni yollar […]

Belarus məhkəməsi Tixanovskayaya hökm oxudu

Minsk məhkəməsi Belarus müxalifətinin liderləri Svetlana Tixanovskaya və Pavel Latuşko haqqında qərar qəbul edib. Cumhuriyyet.az xəbər verir ki, onlar haqqında qiyabi olaraq həbs qərarı verilib. Svetlana Tixanovskaya 15, Pavel Latuşko 18 il müddətinə azadlıqdan məhrum ediliblər.

Ərdoğan NK-nı topladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Zaxarova Qarabağdakı gərginlikdən danışdı

“Moskva Qarabağda gərginliyin artmasından narahatdır”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. Rusiyalı diplomat vurğulayıb ki, son bir neçə gün ərzində gərginliyin artması müşahidə edilir: “Martın 5-də həm Ermənistan, həm də Azərbaycan tərəfdən insan ölümü ilə nəticələnən silahlı insident baş verib. Biz Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli Üçtərəfli […]

İlham Əliyev Vyetnam prezidentini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Vo Van Txıonqa təbrik məktubu ünvanlayıb. Cumhuriyyet.az xəbər verir ki, məktubda deyilir: “Vyetnam Sosialist Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Biz Azərbaycan ilə Vyetnam arasında ənənəvi dostluq münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin möhkəmləndirilməsi, ikitərəfli […]

İrəvan və Bakı arasında normallaşma prosesi… – Klaar

Avropa Birliyi (AB) Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə bundan sonra da öz töhfəsini verəcək. Cumhuriyyet.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar martın 6-da Prezident İlham Əliyevin qəbulunda olarkən deyib. Toivo Klaar Münhendə Prezident İlham Əliyevlə AB Şurasının Prezidentinin səmərəli görüşünü qeyd edib və AB-nin də […]

İsrail döyüş lazerini istifadəyə verir

İsrail “Rafael” şirkətinin istehsal etdiyi döyüş lazerini 2025-ci ilə qədər istifadəyə verməyi planlaşdırır. Cumhuriyyet.az xəbər verir ki, bu barədə ADM jurnalı şirkətə istinadla məlumat yayıb. “2025-ci ildə ilk sistemi İsraildə yerləşdirməyi planlaşdırırıq. O, ola bilsin ki, dünyanın ilk yüksək enerjili lazer sistemi olacaq”, – məlumatda qeyd olunub. Məlumata görə, bu lazerin yardımı ilə İsrail ordusu […]

Ankara F-16 almaqdan imtina edəcək – Korotçenko

Zəlzələlərdən sonra Türkiyənin yenidən qurulması üçün böyük maliyyə xərcləri və insan resursları lazımdır. Ona görə də Ankara yaxın vaxtlarda hava qüvvələri üçün döyüş təyyarələri almayacaq. Cumhuriyyet.az xəbər verir ki, bunu “Milli müdafiə” jurnalının baş redaktoru, tanınmış rusiyalı hərbi ekspert İqor Korotçenko deyib. “Görünən odur ki, hələlik maliyyə məhdudiyyətinə görə Türkiyə ehtiyatda olan təyyarələrlə kifayətlənəcək”, – […]

İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi

Prezident İlham Əliyev Azərbaycan qadınlarına təbrik məktubu ünvanlayıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Prezidentinin 6 mart 2023-ci il tarixli Sərəncamı ilə təltif edilmiş qadınlara dövlət mükafatlarının təqdimetmə mərasimində məlumat verilib. Təbrik məktubunu Azərbaycan Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031