ABŞ raket hücumundan müdafiə üçün 30 milyard ayırır

ABŞ Müdafiə Nazirliyi 2024-cü maliyyə ilində raket hücumundan müdafiə üçün 30 milyard dollara yaxın vəsait ayıracaq. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Pentaqonun növbəti maliyyə ili üçün büdcə layihəsində yer alıb. Sənəddə qeyd olunub ki, növbəti il raket hücumundan müdafiəni möhkəmləndirmək üçün 29,8 milyard dollar vəsait ayrılacaq.

İndi əsas hədəfimiz budur – İlham Əliyev

Son iyirmi il əsasən enerji sektoru sayəsində sürətli iqtisadi artım illəri olmuşdur. İndi isə hədəf iqtisadiyyatımızın daha çox şaxələndirilməsi üzərində işləməkdir. Cumhuriyyet.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə deyib. “Çünki ÜDM-in tərkibinə gəldikdə, ÜDM-in əksər hissəsi qeyri-enerji sektorunun payına düşür. Lakin biz hələ […]

Bu, bizə resurslarımıza güvənmək imkanı verdi – Prezident

Azərbaycanın inkişafı bizə öz resurlarımıza güvənmək imkanını verdi. Ölkə iqtisadi cəhətdən müstəqildir və bu da hökumətimizin ən əsas hədəflərindən biri idi. Cumhuriyyet.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə deyib. “Biz əslində beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsini tamamlamaq üzrəyik”, – […]

Abdullahian istədi, Lavrovla telefon əlaqəsi yaradıldı

Rusiya xarici işlər naziri Sergey Lavrovla iranlı həmkarı Hüseyn Əmir Abddulahian arasında telefon danışığı olub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub. Qeyd olunub ki, tərəflər ikitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Saakaşvili Zelenskiyə dəstək vəd etdi

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili gələcəkdə Vladimir Zelenskiyə dəstək vəd edib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Saakaşvili sosial şəbəkə hesabında yazıb. “Mən sadəcə olaraq burada olduğum müddətdə sizə kömək etmək istəyirəm, Kiyevə qayıdanda Zelenskiyə kömək etməyə can atacağam və bəlkə də Gürcüstana baxmağa belə vaxtım olmayacaq”, – eks-prezident bildirib.

Dövlət imtahanı ilə bağlı nazirlikdən açıqlama

Ali təhsilin bakalavriat səviyyəsində müvafiq ixtisas üzrə Yekun Dövlət Attestasiyasının keçirilib-keçirilməməsi həmin ixtisasın təhsil proqramı ilə müəyyən olunur. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Elm və Təshil Nazirliyindən bildirilib. Qeyd olunub ki, 2020-ci ildə bakalavriat səviyyəsi üçün qəbul edilən yeni məzmunlu təhsil proqramlarının bir qismi (təxminən yarısı) təcrübə ilə başa çatır. Hər bir ixtisas üzrə […]

AMEA-nın bu şöbələrinin Əsasnamələri təsdiqləndi

AMEA Rəyasət Heyəti aparatının şöbələrinin Əsasnamələri təsdiq edilib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclasında qəbul olunub. Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, elmi müəssisə və təşkilatların baş direktorları və aidiyyəti şəxslər iştirak ediblər. İclasda, həmçinin AMEA-da aparılan ekspedisiyaların müəyyənləşdirilməsi, şəffaflığın və obyektivliyin təmin edilməsi […]

İlham Əliyevin Almaniya iş adamları ilə görüşü oldu

Martın 13-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya iş adamları ilə görüşü olub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Lukaşenko Xamenei ilə görüşdü

Belarus Prezidenti Aleksandr Lukaşenko İranın Ali Rəhbəri Əli Xamenei ilə görüşüb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Belta” agentliyi məlumat yayıb. Görüş Tehranda baş tutub. Tehran Belarus liderinin səfərini ikitərəfli münasibətlər üçün dönüş nöqtəsi, yeni başlanğıc adlandırıb.

AB Rusiyaya qarşı şəxsi sanksiyaları uzatdı

AB Ukraynaya qarşı müharibə səbəbindən Rusiyadan fiziki və hüquqi şəxsə qarşı şəxsi sanksiyaları uzadıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Brüssel müxbiri Rikard Yozvyaka məlumat yayıb. “Ukraynanın ərazi bütövlüyünü pozmağa yönəlmiş hərəkətlərə görə AB tərəfindən tətbiq olunan 1473 nəfər və 205 hüquqi şəxs üçün aktivlərin dondurulması və giriş qadağası altı ay uzadıldı. Heç […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031