Avropanın azı 10 ölkəsindən sifariş gəlib – Əliyev

Biz Avropa məkanına təbii qazı iki ildən bir qədər çox zaman kəsiyində ixrac edirik və bu rəqəmlər ildən-ilə artır. Cumhuriyyet.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Berlində Almaniya Kansleri Olaf Şolts ilə mətbuata bəyanatında söyləyib. “Rusiya-Ukrayna müharibəsindən sonra bizə Avropanın ən azı 10 ölkəsindən sifarişlər, təkliflər gəldi ki, biz o […]

Prezident Laçın yolundan danışdı

Laçın yolunun blokadada olması barədə Ermənistanın iddiaları tamamilə əsassızdır, yol üzrə hərəkət təmin edilir, dekabrın 12-dən etibarən Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə buradan 4 mindən artıq nəqliyyat vasitəsi, 150-dən çox tibbi yardıma ehtiyacı olan şəxs keçib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə […]

Sosial yardım alanlara şad xəbər

Əmək və Əhalinin Sosal Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) ölkənin digər bölgələri üzrə mart ayının pensiyalarının, həmçinin qulluq stajına görə əlavələr alan pensiyaçıların pensiyalarının martın 15-də ödənilməsi nəzərdə tutur. Bu barədə Cumhuriyyet.az-a nazirlikdən məlumat verilib. Novruz bayramı ilə əlaqədar mart ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının da qrafikdən əvvəl olmaqla […]

Əliyevin Almaniya prezidenti ilə təkbətək görüşü başladı

Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü başlayıb. Cumhuriyyet.az xəbər verir ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb. Dövlət başçıları birgə foto çəkdiriblər. Prezident İlham Əliyev Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Sabahın hava proqnozu açıqlandı

Martın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Cumhuriyyet.az-a verilən məlumata görə, havanın temperaturu gecə 5-7° isti, gündüz 13-17° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 762 mm civə […]

İlham Əliyev toplantı iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev XXVI Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. Cumhuriyyet.az müraciətin mətnini təqdim edir: “Hörmətli sammit iştirakçıları, Sizi “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə gerçəkləşdirilən XXVI Avrasiya İqtisadi Zirvə Toplantısı münasibətilə səmimi-qəlbdən salamlayıram. Builki toplantı qardaş Türkiyə üçün ağrılı bir dövrə təsadüf edir. Zəlzələ qurbanlarının xatirəsini böyük kədər hissi ilə […]

KTMT Ermənistandan getmək istəyir – Paşinyan

İstənilən mexanizm, o cümlədən kvotanın mövcudluğu Ermənistanın təhlükəsizlik sistemində əlavə daşa çevrilməlidir. Amma bu kvota təhlükəsizliyə töhfə vermirsə, Ermənistan bunu mənasız hesab edir. Cumhuriyyet.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan KTMT baş katibinin müavininə İrəvanın kvota verməkdən imtina etməsilə bağlı açıqlamasında deyib. “Baş katib Stanislav Zas 2022-ci ildə İrəvanda mənilə görüşəndə dedi […]

Türk dövlətləri Ankarada toplanır

Martın 16-da Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) növbədənkənar zirvə toplantısı keçiriləcək. Cumhuriyyet.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Tvitterdə yazıb. “Martın 16-da Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə TDT-nin zirvə toplantısı keçiriləcək. İclasda Fəlakət-Fövqəladə Halların İdarə Edilməsi və Humanitar Yardım mövzusu müzakirə olunacaq”, – nazir vurğulayıb. […]

Azərbaycanda gizli qumar şəbəkəsi: Yusif-Ələddin-Murad triosu və restoranlar şəbəkəsi…

İllər öncə paytaxtımızın ən gur yerləri (“Nərimanov”, “Gənclik”, “Əcəmi” və “Elmlər Akademiyası” metrosuna yaxın yerlər) qeyri-qanuni mərc oyunları üçün “münbit” məkanlar idi. Günün günorta çağı az qala məmə yeyəndən pəpə yeyənə hamı mərclərə girişir və xöşbəxtliyi onda axtarırdılar. 1995-ci ildən etibarən qurmarxana tipli oyun zallarının fəaliyyəti qanunla qadağan edilib. 2011-ci ildə isə ölkədə ilk və […]

Kamaləddin Qafarov: “ Qarabağ ermənilərinin gələcəyi Azərbaycan cəmiyyətinə inteqrasiyadan asılıdır ”

“Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu öz işini baş vurdu. Bakı Forumunda müxtəlif mədəni mənsubiyyətə, siyasi sistemə və siyasi tarixə malik 60 ölkədən 350 nəfər nümayəndə iştirak edirdi. Dövlətimizin başçısı tədbirin açılış mərasimində etdiyi […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031