Bakcelldən iPhone istifadəçilərinə xəbər!

5G şəbəkəsi indi iPhone smartfonlarından istifadə edən Bakcell abunəçiləri üçün aktivdir. “Report”un məlumatına görə, iPhone istifadəçiləri Bakının bir neçə nöqtəsində qurulmuş 5G test şəbəkəsindən yararlanaraq ultrasürətli interneti sınaqdan keçirmək imkanına malikdir. 5G şəbəkəsinə qoşulan iPhone istifadəçiləri “Bakcell”dən 5GB balans hədiyyə alacaq. Hədiyyə interneti almaq üçün 5G-nin mövcud olduğu ərazilərdə olarkən telefonda *501*1# kodunu yığmaq lazımdır. […]

Bakıya 3 gün intensiv yağış yağacaq – Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 30-u səhərdən aprelin 1-i axşamadək şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, 30-da axşam, 31-də gecə və səhər yarımadanın bəzi yerlərində arabir 35 m/s-dək güclənəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Cumhuriyyet.az-a verilən məlumata görə, martın 30-u axşamdan aprelin 1-i gündüzədək fasilələrlə yağıntılı […]

Prezidentdən Formula-1 ilə bağlı – Sərəncam

  Prezident İlham Əliyev 2023 Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb. Cumhuriyyet.az xəbər verir ki, sənədə əsasən, 2023 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində qeyd […]

İlham Əliyev Fazil Mustafa ilə bağlı göstəriş verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tapşırığına əsasən, Prezidentin köməkçisi Anar Ələkbərov martın 28-də yaşadığı evin qarşısında terror aktına məruz qalmış Milli Məclisin deputatı Fazil Mustafanı bu gün müalicə olunduğu xəstəxanada ziyarət edib, onun ailə üzvləri ilə görüşüb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə məlumatı Prezidentin Mətbuat xidməti yayıb. Millət vəkilinə […]

Fazil Mustafa kimdən şübhələndiyini açıqladı – Video

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu ötən gün yaşadığı evin qarşısında terrora məruz qalan Milli Məclisin deputatı Fazil Mustafa ilə telefonala danışıb. Cumhuriyyet.az xəbər verir ki, millət vəkili özünü yaxşı hiss etdiyini bildirib. Fazil Mustafa İrandan şübhələndiyini qeyd edib: “Versiya təqribi o olar. Mənim başqa düşmənim yoxdur”.

Rəşad Dağlının işi Ağır Cinayətlərə göndərilir

Meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Cumhuriyyet.az Report-a istinadən xəbər verir ki, toplanan iş baxılması üçün yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək. Xatırladaq ki, qətl hadisəsi ötən il noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə […]

“Pepsi” loqosunu yenilədi – Foto

“Pepsi” 15 il ərzində ilk dəfə öz loqosunu yeniləyib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə PepsiСo rəsmi saytı məlumat yayıb. Məlumata görə, yeni loqoda yuxarıda qırmızı zolaq və aşağıda mavi zolaq olan dairənin mərkəzində dalğalı ağ zolaq üzərində qalın hərflə “PEPSI” yazılacaq. “Pepsi” yeni dizaynı bu ilin payızında Şimali Amerikada brendin 125 illik yubileyi zamanı […]

Elman Nəsirov da təhdid olunub – İlginc açıqlama

Analoji hadisə mənim də başıma gələ bilərdi. Elektron poçtuma təhdid məktubu gəlmişdi. Hətta parlament binasına hücum edəcəklərini bildirmişdilər. Cumhuriyyet.az xəbər verir ki, bu fikirləri Musavat.com-a millət vəkili Elman Nəsirov deyib. Millət vəkili bir dəfə təhdid edildiyini açıqlayıb: “Dərhal Dövlət Təhlükəsizlik Xidmətinə bu haqda məlumat verdim. İkinci dəfə hədələnmədim. “Deputatın statusu haqqında” qanuna görə bizim silah […]

Bayramov Kohenlə hansı məsələləri müzakirə edib?

Xarici İşlər Nazirliyi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla israilli həmkarı Eli Kohen arasında baş tutan görüş barədə məlumat yayıb. Cumhuriyyet.az xəbər verir ki, görüş zamanı Azərbaycanla ilə İsrail arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıqdan məmnunluq ifadə olunaraq, siyasi, iqtisadi, ticarət, o cümlədən energetika, təhsil, yüksək texnologiyalar, hərbi-texniki və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri […]

Azərbaycan bu xəstəliyə qalib gəldi – ÜST

Azərbaycan və Tacikistan malyariyadan xilas ola bilən 42 ölkə siyahısına daxil olub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında qeyd olunub. “Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycan və Tacikistanı öz ərazilərində malyariya xəstəliyinin ləğvi üzrə sertifikatlaşdırıb. Sertifikatlaşdırma iki ölkənin xəstəliyin aradan qaldırılması üçün bir əsrlik davamlı səyinin nəticəsidir. Sonuncu malyariyaya – “Plasmodium vivax” […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031