Xankəndidəki ermənilər Qarabağı tərk edə bilməyəcəklər – VİDEO

Azərbaycanın Qarabağ bölgəsində qanunsuz fəaliyyət göstərən separatçılar dinc əhalini məcburi şəkildə bölgədə, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında saxlamağa çalışırlar. Qondarma rejimin “dövlət nazirinin” sözlərindən aydın olur ki, Qarabağdan Ermənistana getmək istəyənlərə bu heç də asan başa gəlməyəcək. “Rusiya sülhməramlı kontingenti ilə əməkdaşlığın qorunması üçün yalnız mərkəzin icazəsi əsasında, Ermənistana getmək mümkün olacaq”, – deyə o […]

“Qarabağ” – “Qalatasaray” oyunundan əldə edilən vəsait bəlli olub

“Qarabağ” Türkiyə “Qalatasaray”ı ilə Bakıdakı xeyriyyə matçından əldə olunan vəsaiti açıqlayıb. Cumhuriyyet.az xəbər verir ki, klubdan “Report”a verilən məlumata görə, görüşün gəlirləri 1 090 455 manat (təqribən 12 336 000 türk lirəsi) təşkil edib. Məbləğ qardaş ölkədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə göndəriləcək. Vəsaitin bir hissəsi isə (oyunun Türkiyədəki yayım hüququndan gələn və oradan verilmiş […]

Ukrayna təyyarəsi Rusiya ərazisində

Rusiyanın Bryansk vilayətində Ukraynaya məxsus yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb. Qeyd olunub ki, təyyarə hərbi təyinatlı olub və pilot saxlanılıb. Ukrayna tərəfindən hələlik hər hansı rəsmi məlumat verilməyib.

İş axtaranlara və bank kartı olanlara VACİB XƏBƏRDARLIQ

Ani mesajlaşma proqramları vasitəsilə vətəndaşlara məşhur şirkətlərin adından iş təklifləri göndərilir və saxta keçidlər vasitəsilə fərdi məlumatlarını, əsasən də, bank kartı məlumatlarını daxil etmələri tələb olunur. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən məlumat verilib. Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə vədlərə inanmamağı, saxta keçidlər vasitəsilə fərdi məlumatlarını daxil etməməyi tövsiyə edir.

Rusiya bu yolla Türkiyəyə yük daşımağa başladı

Rusiya Abxaziya üzərindən Türkiyəyə yük daşımağa başlayıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə məlumatı Abxaziya Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Alias ​​Labahua təsdiqləyib. “Bu yaxınlarda 62 konteynerlə qatar gəldi. Bu, Rusiyadan Türkiyəyə malların tranziti idi. Qatar gömrük xidməti tərəfindən heç bir gecikmə olmadan keçib. Bu, birinci deyil, başqa tranzitlər də olub, ancaq kiçik partiyalarla […]

Gürcüstanda buğda qadağası ləğv olundu

Gürcüstan hökuməti buğda ixracına qoyulan qadağanı ləğv edib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. Bildirilib ki, hökumətin qərarına əsasən, buğda ixracına qoyulan qadağa vaxtından əvvəl götürülüb və məhdudiyyət bu gündən etibarən qüvvəsini itirib. Qeyd edək ki, Gürcüstan hökumətinin qərarına əsasən, 2022-ci il iyulun 4-dən 2023-cü […]

Putin və Lukaşenko arasında görüş keçirilir

Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında Kremldə görüş keçirilir. Cumhuriyyet.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Liderlər ölkələrin müxtəlif sahələrdə, o cümlədən təhlükəsizlik və iqtisadiyyat sahəsində uğurlu fəaliyyətini qeyd ediblər.

Müharibənin qaynar mərhələsindəyik – Lavrov

Biz həqiqətən də müharibənin qaynar mərhələsindəyik, çünki ukraynalılar ilk növbədə ABŞ silahları ilə vuruşurlar. Cumhuriyyet.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. “Münasibətləri, məncə, saxlamaq lazımdır, heç olmasa ümidimizi itirmirik ki, amerikalılar ayılacaqlar və bununla belə, bir növ dialoq bərpa olunacaq”, – Lavrov qeyd edib.

Fransadakı aksiyalarda 800 min insan iştirak edəcək

Fransanın hüquq-mühafizə orqanları pensiya islahatlarına qarşı aprelin 6-da keçiriləcək 11-ci ümummilli etiraz aksiyalarında 600-800 min insanın iştirakını gözləyir. Cumhuriyyet.az xəbər verir ki, Fransanın daxili işlər naziri Jerald Darmanen nümayişlərdə təhlükəsizliyin təmin olunmasına 11,5 min polis və jandarmın cəlb olunduğunu bildirib. Qeyd edək ki, Fransada qalmaqallı pensiya islahatları layihəsi təqaüd yaşının 62-dən 64-ə qaldırılmasını və bəzi […]

İnam Kərimov hakim kimi and içdi – Foto

Bu gün Ali Məhkəmənin Plenumunun iclası keçirilib. Cumhuriyyet.az xəbər verir ki, iclasda İnam Kərimovun Ali Məhkəmənin hakimi vəzifəsinə təyinatı ilə əlaqədar andiçmə mərasimi keçirilib. O, Plenum iclasında “Məhkəmələr və hakimlər” haqqında qanunun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Konstitusiyasına və qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2023
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930