AB-dən İrəvan və Bakıya çağırış

Ermənistan və Azərbaycan sərhədin delimitasiyası üzrə danışıqları aktivləşdirməlidir. Cumhuriyyet.az xəbər verir ki, bu barədə AB məlumat yayıb. “Əvvəlki öhdəliklərə, o cümlədən 1991-ci il Almata Bəyannaməsinə uyğun olaraq ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı 2022-ci ilin oktyabrında Praqada götürülmüş öhdəliklərə əməl edilməlidir. AB sərhədlərin delimitasiyası üzrə danışıqların intensivləşdirilməsinə çağırır və buna dəstək verməyə hazırdır”, – məlumatda […]

Laçında çoban minaya düşdü

Bu gün Laçın rayonu Sus kəndi ərazisində heyvan otaran çoban piyada əleyhinə minaya düşüb. Bu barədə Cumhuriyyet.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 2001-ci il təvəllüdlü Ramil Əzizov ayağından xəsarət alıb. O, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb. Araşdırma aparılır.

Çavuşoğlu Bayramova zəng etdi: Tam dəstək!

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Məlumata görə, Çavuşoğlu Azərbaycan – Ermənistan sərhədində baş verən qarşıdurmada Azərbaycan Ordusunun 3 əsgərinin şəhid olması ilə bağlı başsağlığını bildirib. Nazir, həmçinin Türkiyə və türk xalqının Azərbaycanı tam dəstəklədiyini […]

Rusiyadan dünənki insidentlə bağlı – Açıqlama

Aprelin 11-də Dığ kəndi yaxınlığındakı təmas xəttində silahlı insident baş verib. Ölənlər və yaralananlar var. Cumhuriyyet.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib. “Rusiya Silahlı Qüvvələri və Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd Xidmətinin nümayəndələri Dığ kəndi yaxınlığında gərginliyi azaltmaq üçün tədbirlər görüb”, – Zaxarova bildirib. Onun sözlərinə görə, hazırda ərazidə […]

Delimitasiya üzrə Dövlət Komissiyasına katib təyin edildi

Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasi üzrə Dövlət Komissiyasının Katibliyinə rəhbər təyin edilib. Nazirlər Kabinetindən Cumhuriyyet.az-a verilən xəbərə görə, Baş nazir Əli Əsədov bu barədə müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən, Murad Nəcəfbəyli komissiyanın katibi təyin olunub.

ATƏT sədrindən erməni təxribatına – Reaksiya

Ötən gün Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı insident və bu cür xoşagəlməz hallar regionda gərginliyin artmasına səbəb ola bilər. Cumhuriyyet.az xəbər verir ki, bunu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. “Azərbaycana gələn […]

Füzulidə əhalinin sayı nə qədər olacaq?

Füzuli şəhərinin inzibati ərazisinin 1 943 hektara, əhalisinin 50 000 nəfərə çatacağı nəzərdə tutulur. Cumhuriyyet.az xəbər verir ki, bu barədə işğaldan azad olunmuş Füzuli şəhərinin müfəssəl həllərlə inteqrə edilmiş Baş Planında qeyd edilib. Baş Planda qeyd edilib ki, rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binalarının, həyətyanı torpaq sahələri olan […]

Erməni təxribatı: 4 hərbçimiz yaralandı – Təcili

Aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini minaatanlar da daxil olmaqla müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Bu barədə Cumhuriyyet.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribatın qarşısı qətiyyətlə […]

Nazir: “Erməni komandanın təxribat zamanı ərazidə olması… “

Ötən gün Ermənistan planlı şəkildə təxribat törədib. Cumhuriyyet.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə birgə keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, hadisə ilə bağlı təhlillər davam edir: “Təəssüf ki, bölgədə iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində addım atılan […]

İrəvanın reinteqrasiya prosesinə müdaxiləsi… – Bayramov

Ermənistanın reinteqrasiya prosesinə müdaxiləsi qəbuledilməzdir. Cumhuriyyet.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 12-də Bakıda ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə birgə keçirdiyi mətbuat konfransında deyib. O, qonağı Qarabağdakı ermənilərin reinteqrasiya prosesi barədə məlumatlandırdığını bildirib: “Danışıqlar bundan sonra da olacaq. Azərbaycan tərəfi görüşlərin Bakıda keçirilməsini […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2023
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930