Yaponiya bütün giriş məhdudiyyətlərini ləğv edir

Yaponiya aprelin 29-dan etibarən koronavirus pandemiyası səbəbindən ölkəyə giriş məhdudiyyətlərini tamamilə aradan qaldırmağı planlaşdırır. Cumhuriyyet.az xəbər verir ki, əvvəlcə məhdudiyyətlərin mayın 8-də aradan qaldırılması nəzərdə tutulsa da, Yaponiya hökuməti aprelin sonlarından mayın əvvəllərinə qədər davam edəcək “Qızıl həftə” bayramı ilə əlaqədar həmin müddəti irəli çəkmək qərarına gəlib. Belə ki, bayram günləri yaponiyalıların əksəriyyəti səyahətə çıxır. […]

Erməni silahlılar ərazini tərk edəcəklər – Korotçenko

Regionda yeni reallıq formalaşır. Ermənistanı Üçtərəfli Bəyanata və yüksək səviyyədə digər razılaşmalara əməl etməyə yalnız Azərbaycan tərəfinin siyasi, diplomatik addımlarının hərbi xarakterli dəqiq tədbirlərlə uzlaşması məcbur edə bilər. Cumhuriyyet.az xəbər verir ki, bunu siyasi icmalçı, hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko Azərtac-a müsahibəsində deyib. “Xüsusi olaraq, indi Laçın – Xankəndi yolunda nəzarət-buraxılış […]

Qazaxıstandan Rusiya vətəndaşlarına şok

ABŞ maliyyə nazirinin müavini Elzabet Rozenberqin Qazaxıstan səfərindən sonra rəsmi Astana Rusiya vətəndaşları üçün daha sərt addımlar atmağa başlayıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Tengrinews.kz” nəşri məlumat yayıb. Qazaxıstanın maliyyə üzrə rəsmisi Mədinə Abılqasımovanın sözlərinə görə, Qazaxıstan bankları sanksiyaların pozulmasının qarşısını almaq üçün tələbləri sərtləşdirir: “Biz Qazaxıstanın maliyyə sektoruna ikinci dərəcəli sanksiyaların tətbiqi riskinin […]

“Bakcell” “Formula-1” Azərbaycan Qran-prisinin rəsmi dəstəkçisidir – VİDEO

“Bakcell” Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə “2023 “Formula-1” Azərbaycan Qran-prisinin rəsmi dəstəkçisi olmasına dair müqavilə imzalayıb. Abunəçilərinə ultra-sürətli internet vasitəsilə ən innovativ xidmətlərdən yararlanmaq imkanı yaradan “Bakcell” bu dəfə yüksək sürətdən zövq alan “Formula-1” azarkeşlərini sevindirəcək. “Azərbaycanın ən sürətli mobil şəbəkəsi olan “Bakcell” “Formula-1” təqviminin ən sürətli şəhər treklərindən olan Bakı Şəhər Halqası […]

Şuşa, Xocavənd və Füzuliyə dolu düşüb – FAKTİKİ HAVA

Şuşa şəhərinə, Xocavənd rayonunun Zoğalbulaq, Azıx, Tuğ kəndlərinə, Füzuli rayonunun Qacar və Divanalılar kəndlərinə diametri 10-12 mm olan dolu düşüb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 26-sı saat 17:00-a olan məlumata əsasən, Şuşa şəhərinə qar, Şəmkir, Göygöl, Naftalan, Yardımlı, Gədəbəy rayonlarında şimşək çaxıb, arabir yağış yağıb.

Sərhəd-buraxılış məntəqəsinin təsis edilməsi… – Bayramov

Xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər nazirinin müavini Mantas Adomenas ilə görüşüb. Bu barədə Cumhuriyyet.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Görüşdə Azərbaycan və Litva arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən regionda cari vəziyyət müzakirə olunub. C.Bayramov, Azərbaycan və Litva arasında ikitərəfli səviyyədə siyasi, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, […]

Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək

Prezident İlham Əliyev 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb. Cumhuriyyet.az sərəncamın mətnini təqdim edir: 1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1 500,0 […]

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təsis edildi

Azərbaycan Prezidenti İlham Əliyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar” qanunu təsdiqləyib. Cumhuriyyet.az xəbər verir ki, bununla da “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilib. Eyni zamanda, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiqlənib.

Zelenski ilə Szinpin danışdı

Ukrayna Prezidenti Vladimir Zelenski ilə Çin lideri Si Szinpin arasında telefon danışığı baş tutub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Çin xarici işlər nazirinin köməkçisi Hua Şunyin məlumat verib. Ukrayna Prezidenti Vladimir Zelenski də Si Szinpinlə telefon danışığı apardığını təsdiq edib.

Çexiya XİN başçısı Lavrovu təlxək adlandırdı

Rusiya xarici işlər naziri Sergey Lavrov təlxəkdir. Cumhuriyyet.az xəbər verir ki, bunu Çexiya xarici işlər naziri Yan Lipavski Tvitter səhifəsində yazıb. “Təlxək Lavrovun Çexiya Prezidenti Pyotr Pavellə bağlı açıqlamaları sadəcə gülüncdür. Rusiya terrorçu dövlətdir və onun rəhbərliyi beynəlxalq tribunal qarşısına çıxarılmalıdır”, – Lipavski bildirib. Qeyd edək ki, Çexiya Prezidenti Pyotr Pavel “Politiko” nəşrinə müsahibəsində bildirmişdi […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2023
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930