Sentyabrın 21-də Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan hərbçimiz – Nəbiyev Fərid Kamran oğlu doğulduğu Qazax rayonunun Nəriman Nərimanov qəsəbəsinə gətirilib və dəfn olunması üçün nənə-baba yurdu olan Qazax rayonunun Yuxarı Salahlı kəndində aparılıb. Şəhidimizin ruhuna dua oxunduqdan sonra nəşi yaylım atəşi altında uğrunda canını fəda etdiyi torpağa tapşırılıb. Şəhidimizin tabutuna bükülmüş üçrəngli […]
Sen 21 2023 | Posted in
Son Xəbər |
Read More »
Yevlaxda reinteqrasiya və erməni icmasının təhlükəsizliyi ilə bağlı görüş başladı. Cumhuriyyet.net Globalinfo.az-a istinadən xəbər verir ki, görüşün ilk dəqiqələrindən 3 mühüm detal diqqət çəkir. Birincisi, görüşün keçirildiyi otaqda yalnız Azərbaycan bayrağı və gerbi var; İkincisi, görüşdə Qarabağın erməni icmasını təmsil edən qondarma “deputat” David Melkumyan və Sergey Martirosyanın pencəyində separaçıların “bayrağı” əks edilmiş yaxa sancağı […]
Sen 21 2023 | Posted in
Gündəm |
Read More »
Sentyabrın 22-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Cumhuriyyet.net-ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu olacaq. Nisbi rütubət 50-60 % olacaq. Azərbaycanın rayonlarında […]
Sen 21 2023 | Posted in
Sosial |
Read More »
Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimizin Xankəndi istiqamətində hücuma keçməsi barədə yayılan məlumatlar tamamilə yalandır və dezinformasiya məqsədi daşıyır. Bu barədə Cumhuriyyet.net-ə Müdafiə Nazirliyindən məlumat verilib. “Yayılan bu məlumatı qəti surətdə təkzib edirik”, – məlumatda deyilir.
Sen 21 2023 | Posted in
Siyasət |
Read More »
Sentyabrın 21-də Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülər Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənova zəng edib. Cumhuriyyet.net xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Cənab Y.Gülər antiterror tədbirlərinin uğurla başa çatması münasibətilə Azərbaycanın müdafiə nazirini təbrik edib, Türkiyənin hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu qeyd edib. […]
Sen 21 2023 | Posted in
Gündəm |
Read More »
Azərbaycan ərazisində antiterror tədbirlərinə başlayandan bəri bir sıra dövlət qurumlarına kiberhücumlar olub. Cumhuriyyet.net xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov Beynəlxalq Kibertəhlükəsizlik Günləri Konfransında (İCSD 2023) bildirib. “Təkcə Prezidentin rəsmi saytına saniyədə 4 milyondan çox DDoS (Denial-Of-Service Attack) hücum qeydə alınıb”, – T. Məmmədov qeyd […]
Sen 21 2023 | Posted in
Gündəm |
Read More »
Əhalinin vergi yükü azaldılacaq. Cumhuriyyet.net xəbər verir ki, bu barədə İqtisadi Şuranın vergi və gömrük qanunvericiliyi aktlarına təklif olunan dəyişikliklərə həsr olunmuş iclasında bildirilib. Qeyd edilib ki, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükü azaldılacaq.
Sen 21 2023 | Posted in
İqtisadiyyat |
Read More »
Ermənistan silahlı qüvvələrinin Qarabağda qeyri-qanuni mövcudluğu regional sülh və təhlükəsizliyə ciddi problem idi. Cumhuriyyet.net xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev “BBS Nyus”a müsahibəsində deyib. “Azərbaycan həmişə bildirib ki, qeyri-qanuni hərbi birləşmələrin Azərbaycan ərazisindəki mövcudluğu regional sülh və təhlükəsizliyin təmin edilməsinə böyük problemlər yaratmağa davam edir. […]
Sen 21 2023 | Posted in
Siyasət |
Read More »
Sentyabrın 20-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Cumhuriyyet.net xəbər verir ki, telefon söhbəti zamanı lokal xarakterli antiterror tədbirlərinin başa çatması və Azərbaycanın Qarabağ bölgəsində olan qanunsuz silahlı birləşmələrin silahı yerə qoymaları və tərk-silah olmaları barədə fikir mübadiləsi aparılıb. Dövlət başçıları Azərbaycan və Türkiyənin daim bir-birinin yanında olduqlarını […]
Sen 21 2023 | Posted in
Siyasət |
Read More »
İran Azərbaycan hökumətinin və “Dağlıq Qarabağ”da (fərqləndirmə bizimdir – red.) yaşayan ermənilərin nümayəndələrinin bu regionda münaqişələrin dayandırılması ilə bağlı razılıq əldə etməsindən məmnunluğunu bildirir. Cumhuriyyet.net Yenipress.az-a istinadən xəbər verir ki, bu sözləri İran XİN-in sözçüsü Nasir Kənani deyib. “Regionda münaqişələrin davam etməsi üçün heç bir səbəb yoxdur və ümid edirik ki, bundan sonra regionda heç […]
Sen 21 2023 | Posted in
Siyasət |
Read More »