Prezidentliyə namizədlərin adından saxta səhifələr yaradılır – BİRGƏ MƏLUMAT

Bir sıra sosial şəbəkə seqmentlərində Prezident seçkilərində namizədlikləri qeydə alınmış şəxslərlə bağlı saxta hesablar yaradılır və onların adından həqiqətə uyğun olmayan məlumatlar yayılır. Bu barədə Medianın İnkişafı Agentliyinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə yaydığı açıqlamada bildirilir. “Seçkilər ərəfəsində bu tipli fəaliyyət məqsədyönlü şəkildə ictimai rəyi çaşdırmağa, namizədlərin reputasiyasını ləkələməyə yönəlmiş addımdır. […]

SABİQ REKTOR PROREKTORUN QƏTLİNİ KİMLƏRƏ SİFARİŞ EDİB? – Məhkəmə prosesi başladı

“Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun qətlində ittiham olunanların cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda anket məlumatları dəqiqləşdirilib, tərəflərə hüquqları izah edilib. Bu iş üzrə müttəhim kürsüsündə qətlin sifarişçisi olduğu iddia edilən professor Müşfiq Atakişiyev və onun sifarişini yerinə yetirməkdə ittiham edilən Dəyanət Quliyev və Samir Quliyev əyləşir. Anket məlumatlarından […]

DEPUTAT NAZİRİ TƏNQİD ETDİ : “Belə bir açıqlamanın verilməsi qəbuledilən deyil”

“Belə bir fikir söyləmək üçün insan ya auditoriyadakı vəziyyətdən xəbərsiz olmalıdır, ya da…” Elm və təhsil naziri Emin Əmrullayev verdiyi son açıqlamalarla yenə də ictimaiyyətin diqqətini özünə cəlb etməyi bacarıb. Amma bu dəfə də mənfi mənada.  Belə ki, nazir “İctimai TV”-yə müsahibəsində “Ən yaxşı təhsil sistemi Sinqapurdadır. Orada bir sinifdə standart olaraq 40 şagird təhsil alır. […]

Azərbaycanda həbs edilən Fransa casusu kimdir? – ŞOK FAKTLARFOTO

Azərbaycanda həbsdə olan Fransa casuslarından birinin şəxsiyyəti məlum olub. Musavat.com APA-ya istinadən xəbər verir ki, Fransa Xarici Kəşfiyyat Baş İdarəsinin Azərbaycanda apardığı casusluq fəaliyyətinə görə həbs olunmuş şəxslərdən birinin şəxsiyyəti məlum olub. Onun adı Martin Ryandır.   Bu barədə erməni əsilli fransız jurnalist Leo Nicolian 07 yanvar 2024-cü ildə “X” (keçmiş Tvitter) sosial platformasındakı rəsmi səhifəsində […]

Seçkiyə bir ay qalmış: bülletendə kimlər qalacaq?

Namizədin qeydə alınması ilə bağlı zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi üçün ayrılan müddət isə bu gün başa çatır Bu gün – yanvarın 8-də, saat 18:00-da prezidentliyə namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti başa çatır. İndiyədək 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib, […]

Qar yağacaq, güclü külək əsəcək – Sabahın HAVASI

Yanvarın 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gecəyə doğru arabir güclənəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu […]

Aygün Bəylərin xərçəngə tutulmasına səbəb olan hadisə bu imiş… – VİDEO

Aygün “Bəylər” təxəllüsünü kimdən götürüb? Prokurorluğun pəncərəsindən özünü atan Bəylər Quliyev… Aygün Hümbətova (Bəylər) 22 avqust 1975-ci ildə Bakıda anadan olub. Aygün Bəylər əvvəlcə Səttar Bəhlulzadə adına Mədəniyyət sarayının musiqi məktəbində nağara çalmağı öyrənib. 1988 ildə yaradılan Azərbaycan Dövlət Uşaq Filarmoniyası elə həmin ildə istedadlı uşaqların müsabiqə yolu ilə filarmoniyaya qəbulunu keçirir və 13 yaşlı […]

Dollar bahalaşacaq? – TƏHLİL

Hökumət və beynəlxalq qurumların mövqeyi uzlaşır – məzənnə… 2023-cü ilin son ayı Azərbaycanda dollara tələbatın artımı ilə yadda qaldı. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən, dekabr ayı ərzində Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında valyuta satışının məbləği 603,8 milyon ABŞ dolları təşkil edib. Bu, 1 il əvvələ nisbətən 1,3  faiz, əvvəlki aya […]

Ölkəni bürüyən virus – COVID, qızılca, yoxsa…

Alimlər müxtəlif virus ştamlarının eyni vaxtda hüceyrəyə nüfuz edə və bir-birinə təsir göstərə biləcəyini araşdırıb; Mərdan Əliyev: “Ölüm hallarını müşahidə etməyimiz təbiidir, çünki…” Ölkədə naməlum virus tüğyan edir. Bəziləri bunu COVİD 19-un yeni ştammı, bəziləri mövsümi qrip adlandırır, bir çoxları isə qızılca kimi xarakterizə olunan virusla əlaqələndirir. Müşahidələrdən görürük ki, ətrafımızda xeyli adam temperaturla, ağır […]

Dünyanın ən kasıb ölkələri: Kosovo, Yəmən, Haiti, Burundi – hər qitədən biri…

2023-cü ilə olan məlumata görə, dünyanın ən yoxsul ölkələrinin reytinqinə Afrika, Cənubi və Mərkəzi Amerika, Avropa və Asiya ölkələri daxildir. Yoxsulluq deyiləndə insanların yaşaması və işləmək qabiliyyəti üçün zəruri olan minimum ehtiyaclarını ödəyə bilməməsi nəzərdə tutulur. Təbii ehtiyatların mövcudluğu, həyat keyfiyyəti indeksi, iqtisadiyyatın səviyyəsi dövlətin və xalqın rifahının asılı olduğu fundamental amillərdir. Səhiyyənin aşağı səviyyəsi […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031