“Məmmədoğulları” MMC sakinlərin həyatını məhv edir- VİDEO/FAKTLAR

1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin I hissəsində qeyd olunub ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi və unitar bir dövlətdir. Bu hüquqi dövlət hüquqla, qanunla idarəetmədə qaydaların hökmranlığı ilə sıx bağlı olan, fəaliyyəti və quruluşu xalqın iradəsinə uyğun gələn, insan hüquq və azadlığının müdafiə olunduğu bir dövlət tipidir. Hüquqi dövlətin sosial əsası […]

Səfərbərlik xidmətində yanvar çağırışı müzakirə edilib

Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması prosesi ilə bağlı məsələlərin müzakirəsi məqsədilə Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovun sədrliyi ilə keçirilmiş iclasda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının […]

Azərbaycanda alimentin məbləği ARTIRILIB

Azərbaycan Respublikasının Konstitusiyasında göstərilir ki, uşaqları saxlamaq valideynlərin həm borcu, həm də hüququdur. Konstitusiyada nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına aid olan ailə münasibətlərinin yaranması və möhkəmlənməsi, onlara xitam verilməsinin prinsipləri, ailə münasibətləri hüquq və vəzifələri və dövlət orqanlarının bu sahədə vəzifələri Ailə Məcəlləsi ilə tənzimlənir. Həmin məcəlləyə əsasən hər bir uşaq ailədə yaşamaq, […]

Vəzifədən çıxarılan general Ənvər Əfəndiyev kimdir? – DOSYE

General-leytenant Ənvər Əfəndiyev müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı vəzifəsindən azad olunduğu barədə məlumat yayılıb. Bu məlumatlarda həmin vəzifəyə Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin gətirildiyi bildirilir. Modern.az saytı general Ənəvər Əfəndiyevin dosyesini təqdim edir: Əfəndiyev Ənvər Zəkəriyyə oğlu 18 noyabr 1965-ci ildə Qax rayonunun Qaşqaçay kəndində anadan olub. 1987-ci ildə Bakı Ali Ümumqoşun […]

Azərbaycan Ermənistanı məhkəməyə verdi – Təzminat tələb edilir

12 yanvar 2024-cü il tarixində Niderlandın Haaqa şəhərində yerləşən Daimi Arbitraj Məhkəməsinin mənzil-qərargahında Enerji Xartiyası Müqaviləsinə əsasən Azərbaycan Respublikasının Ermənistan Respublikasına qarşı qaldırdığı dövlətlərarası arbitraj çərçivəsində prosessual iclas keçirilib. Bu barədə Modern.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib. İclasda ölkəmizi Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. 27 fevral […]

Erməni general restoranda dava saldı, atəş açdı

Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini, general Tiran Xaçatryan saxlanılıb. Hüquq mühafiəz orqanlarının əməkdaşları onu İrəvandakı otellərdən birində yaxalayıb. Bundan əvvəl mətbuatda məlumat yayılmışdı ki, Xaçatryan sərxoş halda restoranda dava salıb, silahdan atəş açaraq qonaqlardan birini yaralayıb. Zərərçəkmiş tibb müəssisəsinə aparılıb. Onun həyatı təhlükədə deyil.

Dinini sünni və sələfilərdən qoruyur, Quranı izah etməyə qoymur – Husilər kimlərdir?

Xəbər verdiyimiz kimi, bu gün gecə saatlarından ABŞ və Böyük Britaniya Yəmənin şimalında hakimiyyətdə olan “Ənsar Allah” hərəkatının (husilər) obyektlərinə qarşı əməliyyata başlayıb. Qırıcılar Səna Beynəlxalq Hava Limanına və ona bitişik Əd-Dleymi aviabazasına dörd reyd keçiriblər. Husi qrupunun Hudeydə limanına bitişik Əl-Katib bölgəsindəki hava limanı və kazarmalarına, eləcə də qrupun Hudeydə şəhərinin şərqindəki düşərgəsinə səkkiz […]

Zelenski Putinə koordinatlarla “gizli mesaj” göndərdi

Ukrayna prezidenti Vladimir Zelenski Estoniyanın baş naziri Kaja Kallas ilə görüşü zamanı Rusiya prezidenti Vladimir Putinə “gizli mesaj” verib. Bu barədə Almaniyanın “Bild” tabloidi yazıb. Belə ki, Kallas Ukrayna bayrağının rənglərində kostyum və broş, Zelenski isə üzərində 48,3794° və 31,1656° rəqəmləri olan sviter geyinib. Ukrayna lideri sviterinin üzərindəki rəqəmlərlə rusiyalı həmkarına “gizli mesajı” göndərib. Çünki Zelenskinin sviterindəki rəqəmlər […]

Assimetrik savaş başladı: BU ÖLKƏLƏR DƏ MÜHARİBƏYƏ QOŞULA BİLƏR

Amerika Birləşmiş Ştatları və Böyük Britaniya Yəməndəki “Ənsar Allah” hərəkatının (husilər) mövqelərinə hücum edib. Qırıcılar, döyüş gəmiləri və sualtı qayıqlardan endirilən zərbələrlə husilərin Səna, Hudeyda, Səada, Hodeyda, Taiz və Dhamar şəhərlərindəki mövqeləri vurulub. ABŞ və Böyük Britaniyanın husi mövqelərinə hücumu ciddi hadisə olsa da, effekti verməyəcək. Məsələ ondadır ki, hazırda məqsəd nə Yəmənə müdaxilə, nə […]

İcra başçısının qardaşı oğlu hakim qarşısına çıxır

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. Cumhuriyyet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Qaraşova qarşı yekun olaraq Cinayət Məcəlləsinin 120.1-ci ( qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Bu maddənin sanksiya həddi 9 ildən 14 […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031