Cənub bölgəsinin rayonları işıqsız qalıb

Cənub bölgəsinin rayonları işıqsız qalıb. Lənkəran, Astara və Masallı rayonlarının 80 faizindən çoxunda, Lerik və Yardımlı rayonlarında elektrik enerjisinin verilişi dayanıb. Buna səbəb 10 min kilovatlıq xətlərdəki açılmalardır. Bununla yanaşı, iri gövdəli ağacların budaqları qopub, küknar və çinar ağacları kökündən çıxaraq aşıb. Nəticədə elektrik, rabitə və internet dirəkləri, xətləri sıradan çıxıb. Əsas yollar texnikaların vasitəsilə […]

Qar yağdı, yollar iflic vəziyyətə düşdü, AAYDA-nın texnikası isə gözə dəymir –Video

Azərbaycana yağan qar fəsadsız ötüşməyib, yollarda qəzalara səbəb olub… Pravda.az-ın xəbərinə görə, vətəndaşlar aidiyyatı qurumların təbiət hadisəsinin yaradığı problemlərə öncədən hazırlaşmamasından şikayətçidilər. Xüsusilə qeyd olunur ki, Masazır-Xırdalan yolu iflic vəziyyətdədir, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin (AAYDA) qar təmizləyən maşınları gözə dəymir. Hazırda hərəkət etmək mümkün deyil.

Erməni hərbçi döyüş mövqeyindən yoxa çıxdı

Ermənistan ordusunun hərbi qulluqçusu itkin düşüb. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, yanvarın 13-də əlverişsiz hava şəraitində döyüş mövqeyindən daimi dislokasiya yerinə gedən yolda hərbi qulluqçu B.M. ilə əlaqə əksilib. Məlumata görə, güclü külək və dumana baxmayaraq axtarış-xilasetmə işləri davam etdirilir. Hərbçinin tapılması üçün bütün lazımi tədbirlər görülür.

Fevraldan pensiyalar bu qədər artır: başqa artımlar da gözlənir – VİDEO

Hökumətin pensiyaları 10.8 faiz artırmağı planlaşdırır. Orta aylıq əməkhaqqının nə qədər artacağı isə daha dəqiq fevral ayında bəlli olacaq. Bəzi ekspertlər hazırkı iqtisadi reallıqda həmin rəqəmin yetərli olmadığını deyirlər. Bəs bu rəqəm ölkədəki qiymət artımı ilə nə dərəcədə uyğundur? Mövzunu Globalinfo.az-a şərh edən iqtisadçı Natiq Cəfərli deyib ki, pensiyaların artması qanunla tənzimlənir. Onun sözlərinə görə, […]

İrəvan Bakının tələbindən imtina etdi – Nikol sülh körpüsünü yandırır

İrəvan Bakı ilə sülh üçün mümkün “körpüləri yandırır”. Paşinyanın Əliyevin sərhədin delimitasiyası və Zəngəzur dəhlizi ilə bağlı dediklərinə cavabı belə düşünməyə əsas verir. Nikol sərhədin delimitasiyasında Almaatı bəyannaməsini əsas gətirir və SSRİ dağılanda mövcud olan xətlər üzrə müəyyən edilməsini irəli sürür. Bununla: – SSRİ dövründə əkin və otlaq sahəsi adı altında Ermənistana bağışlanan ərazilərin müzakirəsini […]

65 il öncə Azərbaycana məxsus təyyarəni kim vurmuşdu?

Adətən Mərkəzi Komitədə keçiriləcək müşavirələr haqqında iştirak edəcək şəxslərə  ən azı bir gün əvvəldən məlumat verilib. 1959-cu ilin yanvar ayının 19-da isə hələ iş günü başlamamış Siyasi Büro üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri Nikita Xruşşovun göstərişi ilə təcili Kremlə dəvət olunublar. Müşavirənin elə ilk dəqiqələrində Xruşşovun qəzəbli görünməsindən müşavirə iştirakçıları hansısa xoşagəlməz bir hadisənin baş verdiyini […]

DAHA BİR GENERAL EHTİYATA BURAXILDI – Sərəncam imzalanıb

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov ehtiyata buraxılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq Sərəncam imzalanıb. Hələ ki, onun yerinə təyinatla bağlı ictimaiyyətə məlumat verilməyib. Qeyd edək ki, dünən müdafiə nazirinin müavini, general-leytenant Ənvər Əfəndiyev ehtiyata buraxılıblar.

Ev almaq istəyənlərə CİDDİ XƏBƏRDARLIQ! – ayın sonunda…

Mənzil bazarındakı durumu öyrənmək üçün əmlak eksperti Ramil Osmanlıya müraciət etdik. Ekspert bildirdi ki, kirayə bazarı üçün passiv bir dövr hesab olunur: “Bu bazarda elə bir ciddi dəyişiklik yoxdur. Təklif də məhduddur, bu ərəfədə tələb olmadığına görə qiymət dəyişikliyini təhlil edib nəticə çıxarmaq bir az çətindir. Mənzillərin qiymətinə gəlincə, ötən ilin sonunda biz daşınmaz əmlak […]

Sabahdan prezident seçkilərinin təşviqat kampaniyası başlayacaq

Sabah, yanvarın 15-də növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq. Fevralın 6-sı saat 8:00-da təşviqatın aparılması dayandırılacaq. Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq. Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır: 1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə […]

Bakıda qarlı hava nə vaxta qədər davam edəcək? – RƏSMİ AÇIQLAMA

Yanvarın 15-də ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə  Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. “Əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə qar yağıb. Gözlənilən yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yanvarın 14-də, 15-də və 16-da gecə və səhər saatlarında […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031