Bakıdan Vaşinqtona səfir MESAJI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mark Libbinin etimadnaməsini qəbul edib. Azərbaycan Prezidenti səfiri yeni təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Səfir ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. Görüşdə Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələrdə münasibətlərin perspektivlərinə, həmçinin beynəlxalq və […]

Bakıda silahlı şəxslər belə tutululdu -ƏMƏLİYYAT GÖRÜNTÜSÜ

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları son bir neçə gün ərzində keçirilən tədbirlərlə Bakıda vətəndaşlardan 20 silah götürülüb. Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ümumilikdə 10 ədəd odlu silah, o cümlədən əməliyyat yolu ilə 3, əhali ilə aparılan profilaktik işlərin nəticəsi olaraq 7 […]

Azərbaycanda təxminən 223 min nəfər doyunca yemək yeyə bilmir – Rəsmi

2023-cü ildə Azərbaycanda təxminən 223 min nəfər doyunca yemək yeyə bilməyib. Yeniavaz.com xəbər verir ki, belə bir məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb. Açıqlanan məlumatda bildirilir ki, yemək üçün kifayət qədər pulu olmayan və ya digər ehtiyatların (mənbələrin) olmaması səbəbindən ac ola-ola doyunca yemək yeyə bilməyən ev təsərrüfatlarının onların ümumi sayında xüsusi çəkisi 2,2%-ə bərabərdir. Qeyd edək […]

Ermənilərin müharibə qorxusu: Zəngəzur uğrunda savaş başlayır?

“Ermənilər, sadəcə olaraq, hadisələri şişirtməklə məşğuldurlar. Eyni zamanda onlar tarixi hadisələri artıq öyrənməyə başlayıblar. Dünənə qədər “5 minlik tarixi olan” “Artsax”dan, Nuhun gəmisinin Ararat dağına (Ağrı dağı) enməsindən danışır, həmçinin özlərini xristianlığı qəbul edən xalq kimi təqdim etməyə çalışırdılar. Bu xəstə təxəyyülü xalqın uydurmadığı məsələlər yox idi. İndi də müharibə barəsində uydurmalara başlayıblar”.  Bu sözləri […]

Təcili yardımın işdən çıxarılan baş həkimi TƏBİB-i məhkəməyə verdi – VİDEO

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının sabiq baş həkimi Rauf Nağıyev Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyini (TƏBİB) məhkəməyə verib. “Unikal”ın əldə etdiyi məlumata görə, Rauf Nağıyev Bakı İnzibati Məhkəməsinə müraciət edib. O, işə bərpa edilməsini tələb edir. Xatırladaq ki, R.Nağıyev 2023-cü ilin dekabr ayında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmri ilə işdən çıxarılmışdı.

Xankəndidəki erməni evləri kimlərə veriləcək? – MƏSKUNLAŞDIRMA PLANI

“Xankəndini tam məskunlaşdırmaq olarmı? Bəziləri deyir ki, bu risklidir. Çünki bu halda Qarabağın keçmiş erməni sakinləri beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı mülkiyyət davaları açacaq və təzminat tələb edəcəklər”. Musavat.com xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, ermənilərin geri qayıtmaq niyyəti yoxdur: “Qarabağ erməniləri geri qayıtmaq və Azərbaycan vətəndaşlığını qəbul etmək istəmirlər. […]

Əhaliyə ŞAD XƏBƏR – Maaşlar artacaq

2023-cü ilin orta aylıq əməkhaqqı məbləğində qeydə alınan artım faizinə uyğun olaraq pensiyalar yanvar ayından indeksasiya edilərək artırılıb. Dövlət Statistika Komitəsinin yaydığı rəsmi məlumata görə, 2023-cü ilin yanvar-noyabr aylarında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,2 faiz artaraq 923,1 manat olub. Yəni, ötən ilin ilk 11 ayının nəticəsinə görə, orta aylıq maaş […]

Prezidentliyə namizədlərin yekun SİYAHISI

Növbədənkənar prezident seçkilərində Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən qeydə alınmış namizədlərin siyahısı dərc edilib. Cumhuriyyet.az prezidentliyə namizədlərin yekun siyahısını və sıralamasını təqdim edir: Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, MSK səsvermə gününə azı 20 gün qalanadək qeydə alınmış namizədlərin siyahısının dərcini təmin etməlidir. Fevralın 7-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il yanvarın […]

Analıq məzuniyyətinə çıxanlara ŞAD XƏBƏR

Azərbaycanda hamiləlik və doğuşdan sonrakı sosial məzuniyyət müddətinin 14 gün artırılması təklif olunur. Musavat.com xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin yanvarın 18-də keçirilən iclasında çıxış edib. O xatırladıb ki, hazırda həmin məzuniyyət müddəti doğuşdan əvvəl və sonra ümumilikdə 126 gündür: “Əmək Məcəlləsinə ediləcək dəyişikliklə həmin […]

Bakı metrosu bu tarixdə iş rejimini dəyişəcək

20 Yanvar faciəsinin ildönümü günü “Bakı Metropoliteni” QSC-də silsilə tədbirlər planlaşdırılıb və metronun iş rejimində dəyişikliklər ediləcək. Cumhuriyyet.az  bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Məlumata görə, faicənin ildönümü hər il olduğu kimi, bu il də metroda ehtiramla yad ediləcək. Yanvar ayının əvvəlindən “20 Yanvar” stansiyasının vestibüllərinə, platformasına və digər xidməti sahələrinə baxış keçirilib, zəruri […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031