Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

GDU-nun nəzdində Regional Kollecdə 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. İlk öncə Kollecin direktoru dos. İlqar Kubışov və əməkdaşlar 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriblər. Sonra tədbir iştirakçıları 20 Yanvar qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib. […]

ABŞ-dən Bakı və İrəvan arasında sülh haqda MÜHÜM AÇIQLAMA

ABŞ Azərbaycan və Ermənistanı sülh müqaviləsi imzalamağa çağırıb. Sfera.az bildirir ki, bununla bağlı Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə çıxış edib. O qeyd edib ki, hər iki ölkə arasında aparılan danışıqlarda əhəmiyyətli irəliləyiş var. “Son bir il ərzində tərəflər əhəmiyyətli irəliləyiş əldə ediblər və biz onları bu sürəti qoruyub saxlamağa, əvvəlki danışıqların nəticələrinə əsaslanmağa və razılığa gəlməyə […]

Səhiyyəmiz üçün daha bir rüsvayçılıq: Oqtay Şirəliyev səhhətinə görə Türkiyəyə aparıldı

Sabiq səhiyyə naziri Oqtay Şirəliyevin səhhətində problem yaranıb. Cumhuriyyet.az Manşet.az-a istinadən xəbər verir ki, Oqtay Şirəliyev müalicə üçün Türkiyəyə aparılıb. Keçmiş nazirin müalicəsi qardaş ölkədə davam etdirilir. Onun Azərbaycana nə vaxt qayıdacağı bilinmir. Yaxınları Oqtay Şirəliyevin səhhətində problem yarandığını və hazırda Türkiyədə olduğunu təsdiqləyib.

Başqırdıstan etiraz aksiyalarında erməni məsələsi

Başqırdıstanda baş verən kütləvi etiraz aksiyalarının səbəblərindən biri “erməni problemi”dir. Məlum olub ki, respublikanın rəhbəri Radiy Xabirovun yoldaşı milliyyətcə erməni Karine Avetisyandır. Xabirov respublikaya rəhbərlik etməyə başlayandan sonra arvadının qohumları bura axışıblar. Arvadının böyük qardaşı xüsusilə aktivdi, o, büdcə pullarının dövriyyəyə buraxıldığı yerlərdə dərhal ən şirin tikələri almağa başlayıb. Əhali onların “hakimiyyəti” haqqında daima öz aralarında danışır. Sözün […]

“Neftçi”nin dərdi nədir, dərmanı nə? – Diletantlar, korrupsiya…

“Hazırda “Neftçi”nin problemi ümumi Azərbaycan futbolunun problemi ilə tam olaraq oxşarıdır. Hər ikisində də qeyri-peşəkar idarəetmə mövcuddur”. Bu sözləri idman jurnalisti Natiq Muxtarlı Hit.az-a açıqlamasında deyib. O bildirib ki, “Neftçi”də az qala hər altı aydan bir baş məşqçi dəyişilir: “Hər altı aydan bir 10-15 futbolçunu göndərir, 10-15 futbolçu gətirirlər. Amma dəyişən heç nə yoxdur. Bunun […]

Bakının iki qəsəbəsində qorxulu epidemiya

Bakı şəhəri Suraxanı rayonu Əmircan və Bülbülə qəsəbələrinin əhalisi arasında 2023-cü ilin dekabr ayından başlayaraq yoluxucu Hepatit A virusu xəstəliyi yayılıb. Bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi məlumat yayıb. Bildirilib ki, xəstəliyin yayılması ilə bağlı tədbirlər davam etdirilir: “Aparılan profilaktik tədbirlərlə əlaqədar “Azərsu” ASC-nin mütəxəssisləri ilə birgə mərkəzləşdirilmiş içməli su şəbəkəsində laborator […]

Qayınatasını öldürmək istədi, özü öldü: Abşeronda baş verən qətlin TƏFƏRRÜATI – VİDEO

Abşeron rayonu, Saray qəsəbəsi, Heydər Əliyev prospektində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. Hadisə zamanı Elvin Ələkbərov qətlə yetirilib. Onu qətlə yetirməkdə şübhəli bilinən qayınatası Tahir Tahirov saxlanılıb. Məlumata görə, Elvin Ələkbərov əlində bıçaqla qayınatasının evinə gəlib və onu bıçaqlamaq istəyib. Qayınatası isə həmin bıçağı alaraq E.Ələkbərovu qətlə yetirib. O, elə hadisə yerindəcə dünyasını […]

Şuşanı bərpa edən şirkət Abşeronda fəhlə qatilinə çevrilib: “Archico” MMC həqiqətləri

Ötən gün saat 10 radələrində Sumqayıt şəhəri ərazisində “Archico” MMC-də fəhlə işləyən 1977-ci il təvəllüdlü Nazim Bağırov kanalizasiya xətti çəkilişi zamanı torpaq uçqunu altında qalaraq ölüb. Məlumat üçün bildirək ki, bu, “Archico” MMC-nin işçilərinin ölümünə səbəb olan ilk hadisə deyil. Daha əvvəl “Archico” MMC-nin əməkdaşı Ceyhun Paşayev Yasamal rayonu, Moskva prospekti ev 75A, mənzil 30 […]

AZAL-ın yeni rəhbərindən “siftə”: Parklanma və icarə qiymətlərini qaldırdı

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin hazırki rəhbəri Samir Rzayev Beynəlxalq Hava Limanında avtomobillərin parklanması qiymətlərini artırıb. Cumhuriyyet.az Gununsesi.info-ya istinadla xəbər verir ki, hava limanında avtomobil parklanmasının qiyməti əvvəlki dövrlə 2 dəfəyədək bahalaşıb. Bundan başqa AZAL-ın yeni rəhbərinin daha bir “sürprizi” Beynəlxalq Hava Limanında ofisi olan xarici aviaşirkətlər, bankların valyutadəyişmə məntəqələri, kargo şirkətləri və restoranlar […]

“Sea Breeze”də məmur övladlarının davası: hakim hökmə tələsmir

Sabunçu Rayon Məhkəməsində “Sea Breeze”dəki kütləvi dava ilə bağlı başlanmış üç cinayət işindən biri ilə bağlı məhkəmə araşdırması davam edir. Hakim Mirheydər Zeynalovun sədrliyi ilə keçirilən proses sona çatmaq üzrədir. Lakin hər dəfə uzun müddətli fasilə verilir deyə yekun nəticə meydana çıxmır. Bu isə iş üzrə zərərçəkən və təqsirləndirilənlərin valideynlərinin narazılığına səbəb olur. Tərəflər məhkəmənin […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031