50 il axtarışda olan şəxs tutulduqdan bir neçə gün sonra ÖLDÜ

50 ildir Yaponiyanın “ən çox axtarılanlar” siyahısında olan Satoşi Kirişima olduğu güman edilən şəxs tutulduqdan bir neçə gün sonra vəfat edib. Musavat.com xəbər verir ki, 1970-ci illərdə ifrat solçular tərəfindən törədilən partlayışlara görə axtarışda olan Satoşi Kirişima ötən həftə saxta adla getdiyi xəstəxanada yaxalanıb. Axtarış qərarı çıxarılanda 20 yaşı olan Kirişimanın ələ keçirildiyi zaman 70 yaşı var […]

AŞPA-da əleyhimizə səs vermiş türkiyəli deputatın dosyesi

Xəbər verdiyimiz kimi, yanvarın 24-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətini təsdiqləməkdən imtina edib. Bununla bağlı səsvermə zamanı 76 deputat Azərbaycanın əleyhinə, 10 deputat lehinə səs verib, 4 deputat bitərəf qalıb. 16 deputat isə səsvermədə iştirak etməyib. Səsvermə zamanı Türkiyədən olan 9 deputat Azərbaycanın xeyrinə, 1 deputat isə əleyhinə çıxıb. Azərbaycanın əleyhinə […]

Ramin İsayevin həbsdə saxlanması hansı qüvvələrin marağına xidmət edir?

Ötən 12 il 6 ay ərzində SOCAR AQŞ-də baş direktor vəzifəsində çalışan, məşhur Harvard Universitetində ali təhsil alan və bu təhsil ocağını  fərqlənmə diplomu ilə başa vuran Ramin İsayevin qanunsuz həbsdə saxlanması müzakirə olunur. Qeyd edək ki, bu şəxsin həbsdə saxlanmasının heç bir hüquqi əsası olmasa da, Ramin İsayevlə qərəzçilik edən bəzi şəxslərin verdikləri sifarişlər […]

Dünya şokda: İran ABŞ-ı vurdu?

İordaniyanın şimal-şərqindəki ABŞ hərbi bazasına pilotsuz uçuş aparatları ilə hücum edilib. Hücum nəticəsində 3 ABŞ əsgərinin öldüyü, çoxlu sayda əsgərin yaralandığı bildirilib. ABŞ prezidenti Co Bayden İranı günahlandırsa da, İran ittihamları rədd edib. ABŞ-ın keçmiş prezidenti Donald Tramp məsələyə münasibət bildirib. “Biz III Dünya müharibəsinin astanasındayıq”, – o  bildirib. Musavat.com xəbər verir ki, CNN TÜRK “Dünya şokdadır: İran […]

Avropa Parlamentinin deputatı Rusiya casusudur?

Avropa Parlamentinin Latviyadan olan deputatı Tatyana Jdanok Rusiya vətəndaşları, eləcə də Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları ilə aktiv yazışmalar aparıb, onlara öz fəaliyyəti ilə bağlı hesabatlar göndərib. “AzPolitika.info” xəbər verir ki, bu iddia ilə “Bellingcat” və “The Insider” dərgiləri çıxış edib. Onlar belə bir qənaətə eston, latviyalı və isveçli jurnalistlərin  iştirakı ilə aparılan araşdırma nəticəsində gəliblər. Araşdırma müəllifləri iddia edirlər ki, rusiyayönlü mövqe tutan […]

“RAZILAŞDIRILMIŞ NAMİZƏD” PUTİN ÜÇÜN PROBLEMƏ ÇEVRİLİR: Rusiya müxalifəti də xalqı onu dəstəkləməyə çağırır

Rusiyada Putinə və müharibəyə “yox” deyənlərin Boris Nadejdindən başqa seçimi yoxdur Boris Nadejdin – onun soyadının kökü “nadejda”, yəni, “ümid” mənasını daşıyır. İndi Rusiyada keçiriləcək növbəti prezident seçkisi tamaşası öncəsi ölkədə qalan az-çox adekvat, müharibənin bitməsini, əminamanlıq, azadlıq və s. istəyən insanların əhəmiyyətli hissəsi üçün soyadı simvolik məna daşıyan Nadejdin çox zəif, öləzimiş də olsa, ümid yeri […]

Dövlət Dəniz Akademiyası mövcud olmayan şirkətə 560 minlik tender verdi

Azərbaycan Dövlət Dəniz Akademiyası Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Qüdrət 055” MMC adlı şirkət olub. Bu barədə məlumat dövlət satınalmalarının vahid internet portalında yerləşdirilib. Məlumatda bildirilir ki, Dövlət Dəniz Akademiyası iaşə xidmətinin satınalınması məqəsdiylə “Qüdrət 055” MMC-yə 557 min 500 manat ödəyəcək. Tender müsabiqəsinin şərtlərinə görə, qalib şirkət Dövlət Dəniz Akademiyasının sifarişi […]

Ölüm hökmünü icra edənlərin “üstünlük”ləri: Yüksək maaş, üç aydan bir mükafat, imtiyaz və güzəştlər

Təxmini statistikaya görə dünyada 40 minə yaxın peşə var. SSRİ-də isə peşələrin sayı təxminən 6-7 minə çatıb və hər kəs öz bacarığına, arzusuna, marağına görə peşə seçimində sərbəst olub. Sovet dövründə qeyri-rəsmi adı “cəllad” olan bir peşə də olub ki, onların rəsmi vəzifəsi “ölüm hökmünü icra edənlər” adlanıb. Elə bu vəzifəyə də insanlar heç də […]

ABŞ Ukraynanın işğal edilmiş ərazilərindən “əlini üzüb”?

“Co Bayden administrasiyası Ukraynaya kömək üçün yeni strategiya hazırlayır. Bu strategiya Rusiya tərəfindən ələ keçirilən ərazilərin geri alınmasına deyil, Rusiyanın yeni hücumlarının dəf edilməsinə, eləcə də uzunmüddətli perspektivlərə – silahlı qüvvələrin və iqtisadiyyatın gücləndirilməsinə yönələcək”.  “AzPolitika.info” xəbər verir ki, bunu “The Washington Post” özünün administrasiyadakı mənbələrinə istinadla yazıb. Nəşr qeyd edir ki, Vaşinqton “ərazilərin qaytarılmasına […]

Vəzifəli şəxslərə cinayət işi açıldı

Masallı rayonunun Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi Məhərrəm Əliyevin qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Bu barədə Masallı Rayon Prokurorluqu məlumat yayıb. Bildirilib ki, araşdırma zamanı qeyd olunan müəssisənin 2021-2023-cü illər üzrə maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən Birliyin vəzifəli şəxs(lər)i tərəfindən qanunla nəzərdə tutulandan artıq və əsassız ödənişlərin aparılması yolu ilə dövlət […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031