Bakı və Bakıətrafı ərazilərdəki qanunsuz tiklilər sənədləşdirilir

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti icazəsiz tikililərlə bağlı qanun layihəsi hazırlayır. Mia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun rəisi Mətin Eynullayev deyib.O bildirib ki, Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sayı yüz minlərlədir və problemin əhatə dairəsinin mürəkkəbliyini nəzərə alaraq onun həllinin mərhələli şəkildə görülməsini nəzərdə tutulur: “Özbaşına tikililərlə bağlı problemi köklü surətdə […]

İranla ABŞ arasında hərbi toqquşma: Hərbçilər Baydenin təsdiqini gözləyir

“Bütün əvvəlki məhdudlaşdırma tədbirləri Tehrana kifayət qədər təsir göstərməyib, buna görə də eskalasiya qaçılmazdır”. “AzPolitika.info” xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin və Pentaqonun keçmiş Baş Qərargah rəhbəri Ceremi Baş “Politico”-ya müsahibəsində deyib. Görünən odur ki, ABŞ ilə İran arasındakı qarşıdurmanın birbaşa hərbi müstəviyə keçməsi ehtimalı getdikcə artır. Bunun əsas səbəbi kimi isə İranın regiondakı proksi qüvvələrinin […]

“EuroHome”un rəhbəri və oğlu məhkəməyə verildi

“EuroHome” tikinti materialları bazarı məhkəməyə verilib. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bazar barədə “Azsığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı Kommersiya Məhkəməsinə müraciət olunub. Müraciətin predmeti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr (sığorta müqaviləsi üzrə mübahisələr) ilə bağlıdır. Məhkəmə işində cavabdeh şəxs kimi isə bazarın sahibi Azay Möhnətov və onun bazarda vəzifə tutan oğlu Aqil Möhnətov […]

Səhiyyə Nazirliyinin vəzifəli şəxsi içkili halda saxlanıldı

Səhiyyə Nazirliyinin yüksək vəzifəli şəxsi içkili halda avtomobil idarə etdiyi üçün polis tərəfindən saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, saxlanılan şəxs X.M. 1986-cı ildə Biləsuvar şəhərində anadan olub, ali təhsillidir və Səhiyyə Nazirliyində şöbə müdirinin müavini vəzifəsində çalışır. Belə ki, məmur içkili halda “Mercedes Benz S350” minik markalı, “XU” süriyalı avtomobillə saxlanılıb, barəsində protokol tərtib edilib və […]

Alimlərdən daha bir ŞOK XƏBƏRDARLIQ: Dünya təhlükəli olacaq

İqlim dəyişikliyi güclü yağış və qar yağması ehtimalını iki dəfə artırıb. Musavat.com xəbər verir ki, alimlər bununla bağlı xəbərdarlıq ediblər. “Dünya qalıq yanacaqları yandırmağı dayandırana qədər, bütün dünyada ekstremal hava şəraiti güclənməyə davam edəcək. Bu proses dünyanı daha qeyri-sabit və təhlükəli hala gətirəcək”,-deyə alimlər bildiriblər. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının bir hissəsi olan İngiltərə, Hollandiya, ABŞ, Almaniya […]

Bakıda insan ölümünə səbəb olan klinika ilə bağlı QƏRAR VERİLDİ

Səhiyyə Nazirliyi Sabunçu rayonunda yerləşən “Medicare” klinikasının fəaliyyətinin dayandırılması ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət edib. Musavat.com xəbər verir ki, bu barədə nazirliyin ünvanlandığı müraciətdə bildirilib. Qeyd edək ki, bir müddət əvvəl “Medicare” klinikasında ölüm hadisəsi qeydə alınmışdı. Baş verən hadisədən sonra adıçəkilən klinikanın fəaliyyətinin dayandırıldığı bildirilsə də, sonradan klinikanın fəaliyyətinin bərpa etdiyi məlum olub. Müsavat.com-un əldə […]

Paşinyan gedir… yerinə o gələcək? – Qərbin “B planı”

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın hakim “Mülki Müqavilə” partiyasının üzvləri ilə münasibətləri “güclü inamsızlıq zonasına keçib”. Bu barədə “Hraparak” erməni qəzeti yazıb. Nəşr iddia edir ki, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi düşərgədə Qriqoryan hansısa məqamda komandadan ayrılaraq “önə keçdiyi üçün” Nikolun daha öz qərbyönlü silahdaşına qarşı isti münasibəti yoxdur və hətta “artıq […]

Əhalinin DİQQƏTİNƏ! Qaz sayğacları BU HALLARDA əlavə pul yazır

Havaların soyuması, soyuq qış ayları evləri isitmək problemini gündəmə gətirir. Paytaxtda, eləcə də bölgələrdə əhalinin çoxu evini qaz sobaları ilə qızdırır. Lakin qaz sobalarının istifadəsindən sonra müxtəlif problemlər meydana çıxır, hətta insanlar ölüm təhlükəsi ilə üz-üzə qalırlar. İnsanlar çox zaman ucuz olduğu üçün qeyri-standart sobalardan istifadəyə üstünlük verir. Bəs bu sobaların nə kimi mənfi cəhətləri […]

Nazirlik əlillik təyinatının 50 faizindən imtina edib

Ötən il əlillik təyinatı ilə bağlı təqdim edilən rəylərin və sənədlərin düzgün olmaması ilə bağlı edilən müraciətlərin 43 %-i təsdiqini tapıb. Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov ötən ilin yekunları barədə danışarkən deyib. Onun sözlərinə görə, təyinat zamanı təqdim olunan bütün sənədlər dəqiqliklə yoxlanılır: […]

Həbsdə olan icra başçısının gəlini Ali Məhkəməyə müraciət etdi – ƏMLAK DAVASI

Biləsuvarın həbsdə olan sabiq icra başçısı Mahir Quliyevin gəlini qayınatası ilə bağlı hökmdən narazıdır. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məhkumun gəlini İlkanə Quliyeva hökmün əmlakların müsadirəsi hissəsi ilə əlaqədar maraqlı şəxs kimi Ali Məhkəməyə müraciət edib. Quliyeva iddia edir ki, qaynatasının əmlakı kimi dövlət nəfinə alınan Bakı şəhərində yerləşən evlərdən biri əslində ona məxsusdur. O, […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031