Kardiologiya İnstitutunda 315 minlik tender – Gülnaz Dadaşovanın “qoruyucu mələyi”: İşin içində bir HİKMƏT var

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutu “Gravity Construction” MMC ilə satınalma müqaviləsi imzalayacaq.  Qaynarinfo xəbər verir ki, şirkət Elmi-Tədqiqat Kardiologiya İnstitutunda cari təmir işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi olub.  Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 315 167,47 AZN-dir.  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Gravity Construction” MMC 25 may […]

Azərbaycanda “Whatsapp” hesabları ələ keçirilir – Xəbərdarlıq

Azərbaycanda vətəndaşların “Whatsapp” hesablarının ələ keçirilməsi halı müşahidə olunur. Mia.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb. Xidmət vətəndaşlara təhlükəsizliklə bağlı tədbirlərin görülməsini və belə hallarla qarşılaşdıqda 1654 qaynar xətti ilə əlaqə saxlamalarını tövsiyə edib.

Tahir İmanovla Bakı İcra Hakimiyyəti arasında – Qalmaqal

Azərbaycanın Əməkdar artisti, komediya aktyoru, keçmiş “Parniz baku” KVN komandasının üzvü Tahir İmanov Bakı Şəhər İcra Hakimiyyətinə qarşı məhkəmə iddiası qaldırıb. Mia.az Yeniavaz.com-a istinadla xəbər verir ki, məhkəmə iddiasının torpaq münasibətləri üzrə mübahisələrlə bağlı olduğu bildirilir. Məlumat üçün bildirək ki, iddia Bakı Apellyasiya Məhkəməsinin hakimi Şərafət Məmmədovanın icraatına verilib. Aprel ayının 24-nə şifahi məhkəmə baxışı təyin […]

Şəxsi istifadə üçün xaricdən dərman gətirilməsinə məhdudiyyət qoyulub? – VİDEO

Son günlər sosial şəbəkələrdə xaricdən ölkəmizə reseptsiz dərmanların gətirilməsinə məhdudiyyət tətbiq edilməsi ilə bağlı xəbərlər yayılıb. Məsələ ilə bağlı Xezerxeber.az-a Səhiyyə Nazirliyinin Analitik Ekpertiza Mərkəzinin şöbə müdiri Səid Fərzullayev bildirib ki, qüvvədə olan qanuna görə, Azərbaycana gələn və ya xaricə gedən şəxslər şəxsi istifadə üçün zəruri miqdarda, o cümlədən ölkədə dövlət qeydiyyatından keçməyən dərman vasitələrini […]

AŞPA-da Bakıya xəyanət edən üç dost ölkə…

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinə qarşı ədalətsiz qərar qəbul etməsi təşkilatın gerçək üzünü bir daha ortaya qoydu. Prinsip etibarilə AŞPA-nın sərgilədiyi mövqe Bakı üçün yad deyil. Ümumiyyətlə, rəsmi Bakı bu təşkilatdan ancaq ermənipərəst, islamofob münasibət görüb. Bu gün də vəziyyət dəyişməyib. Diqqətçəkən əsas məqam AŞPA-nın Azərbaycan nümayəndə heyətinə qarşı ədalətsiz qərar qəbul […]

ABŞ-a məxsus F-16 dənizə düşdü: 1 ildə eyni bölgədə 4-cü şübhəli qəza…

ABŞ-a məxsus F-16 qırıcı təyyarəsi Cənubi Koreyanın qərb sahillərində Sarı dənizə düşüb. Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrindən verilən açıqlamada Cənubi Koreyanın paytaxtı Seuldan təxminən 180 kilometr cənubda Kunsan Hava Bazasında yerləşən 8-ci Hava Donanmasına aid F-16 döyüş təyyarəsi Sarı dəniz üzərində fövqəladə vəziyyətlə qarşılaşıb.  Belə ki, F-16 yerli vaxtla […]

“AccessBank” çöküşü davam edir: onlarla şirkəti bir gündə itirdi

“AccessBank”la sahibkar Odər Qəni arasında baş verən soyuqluq bankın onlarla hesabı bir gündə itirməsi ilə nəticələnib. Bu barədə sahibkar sosial şəbəkə hesabından məlumat verib. Sahibkar “Arqument.az”-a deyib ki, bu, şəxsi əlaqələr fonunda baş verən hadisədir: “”AccessBank”la olan bütün rəsmi əlaqələrimiz qarşılıqlı olaraq bitib. Bunun səbəbi bankın son günlərdə qeyri-professional iş siyasətidir. Buna görə də şəxsimə […]

İmran Xan korrupsiyada ittiham olunaraq daha 14 il azadlıqdan məhrum edilib

Pakistanın keçmiş Baş naziri İmran Xan daha 14 il həbs cəzasına məhkum edilib. “Report” xəbər verir ki, bu barədə “Dawn” nəşri yazıb. Bildirilib ki, o və həyat yoldaşı Buşra Bibi korrupsiyada ittiham olunaraq 14 il azadlıqdan məhrum ediliblər. Onların hər ikisinə 10 il müddətinə dövlət vəzifəsi tutmaq qadağan edilib. Qeyd edək ki, İ.Xan və Pakistanın […]

Nazim İbrahimovun qardaşı da həbs olundu – Partlayışa görə…

Xəbər verdiyimiz kimi, yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində 10 nəfərin ölümü, 23 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayış-yanğınla bağlı iki nəfər həbs olunub. Bunlar “Bakı Ağac Emalı” ASC-yə sahiblik edən Tağı İbrahimov və ASC-ni faktiki olaraq idarə edən Toğrul Rzayevdir. Qaynarinfo xəbər verir ki, həbs olunanlardan Tağı İbrahimov Diasporla […]

Bakıda saxlanılan casusun Fransadakı qalmaqalı böyüyür – YENİ FAKTLAR

Bakıda həbs olunan casus Martin Ryan ətrafında qalmaqal yeni detalları ilə Fransa gündəmindən düşmək bilmir. Fransa mətbuatının nüfuzlu mətbuat orqanları Martin Ryanın casusluq məqsədləri üçün istifadə edilməsini və buna görə məsuliyyət daşımalı olanları davamlı tənqid edir. “Report” xəbər verir ki, Kernews.com mətbuat-radio şəbəkəsi Martin Ryanın valideynlərindən geniş məlumat almış erməniəsilli aktivist-jurnalist Leo Nikolianın müsahibəsini təqdim […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031