
Vasif Talıbov Milli Məclisin yaz sessiyasının ilk iclasına gəlməyib. Baxmayaraq ki, bu iclas çox önəmli idi, ölkənin yeni dövr üçün baş naziri seçildi, V.Talıbov bu dəfə də gəlməməyi üstün tutdu. Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a şərhində bildirib ki, Vasif Talıbov dünyanın düz vaxtı da iclaslara gəlməyib. O qeyd edib ki, V.Talıbov səlahiyyətləri əlindən alındığı üçün […]
Fev 16 2024 | Posted in
Siyasət |
Read More »

“Mədəniyyət naziri görüşdə söz vermişdi ki, bu problem yaxın günlərdə həllini tapacaq. Amma nazirlə görüşdən həftələr keçsə də, bizə çatası maliyyə vəsaitindən xəbər yoxdur”. Bunu Qaynarinfo-ya açıqlamasında rejissor Ayşad Səfərəliyev 2021-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən “Tammetrajlı bədii film layihələrinə dəstək-2022” müsabiqəsinin qaliblərinə maliyyə vəsaitlərinin ödənilməməsi ilə bağlı problemə aydınlıq gətirərkən deyib. Rejissorun sözügedən layihədə “Uçurum” […]
Fev 16 2024 | Posted in
Cəmiyyət |
Read More »

Rəsmi rəqəmlərdən də görünür ki, bu ölkəyə təkcə müalicə olunmağa deyil, müalicə etməyə gedənlərin sayında da ciddi artım var “2023-cü ildə Almaniyaya üz tutan, burada sığınacaq axtaran əcnəbilərin əksəriyyəti yenə Suriya vətəndaşlarıdır. Bu proses son illərdə belə davam edib”. Bu barədə Ayna.az-a Almaniyada yaşayan azərbaycanlı jurnalist Ramil İbrahimov məlumat verib. Ukraynadan gələn miqrantlara gəlincə, onun […]

İsrail ordusu HAMAS-la müharibədə 7 oktyabrdan indiyə qədər ümumilikdə 571 hərbçi itirib. APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İsrael Defence Forces – İDF) mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, ötən gün ərzində anklavın Xan Yunis şəhərində gedən döyüşlərdə daha bir İsrail hərbçisi həlak olub, 8 hərbçi yaralanıb. Bununla da İsrail ordusunun […]
Fev 16 2024 | Posted in
Dünya |
Read More »

“Naxçıvana hələ getməmişəm, amma hazırda sərbəst gedib-gəlməyə imkan var. Heç kimə artıq söz demirlər. Kim istəyirsə, rahat şəkildə Naxçıvana gedə bilər. Mənim üçün bu, müsbət dəyişiklikdir. Çünki biz Naxçıvana gedə bilmirdik, gedəndə arxamızca polis gəzirdi”. Bu sözləri Pravda.az-a hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. N.Cəfəroğlu Prezident İlham Əliyevin andiçmə mərasimindəki çıxışından nəticə çıxarmağın vacib olduğunu vurğulayıb: “Prezident […]
Fev 16 2024 | Posted in
Cəmiyyət |
Read More »

Gəncə Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Ruslan Şirinovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O ifadəsində göstərib ki, Rusiyaya tez-tez gedib-gəlib. Lakin onun Rusiya vətəndaşlığı olmadığı üçün hansı isə bir yol ilə […]
Fev 16 2024 | Posted in
Cəmiyyət,
Olay |
Read More »

Tibbi-profilaktik tədbirlər məqsədilə andiçmə mərasimləri qapalı keçiriləcək. Bu barədə Müdafiə Nazirliyi və TƏBİB birgə məlumat yayıb. Məlumatda qeyd olunur ki, fevralın 18-də Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri qapalı şəraitdə keçiriləcək: “Məlum olduğu kimi, Azərbaycanın müxtəlif regionlarında qızılcaya, eləcə də mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları qeydə alınır. Hazırda […]

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi Cəlilov Mirzə Xəlil oğlunun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatətə Bakı Hərbi Məhkəməsində baxılıb. O, NMR SHXÇDX-nin rəisi vəzifəsində işlədiyi müddətdə ayrı-ayrı şəxslərdən külli miqdarda rüşvət almaqda ittiham edilir. Bakı […]
Fev 16 2024 | Posted in
Günün Xəbəri,
Olay |
Read More »

Ötən il və bu ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu yaşa görə pensiya təyin olunduqdan sonra azı 6 il işləmiş 4 367 şəxsin pensiyalarını yenidən hesablayaraq artırıb. Bildirilib ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, vətəndaş yaşa görə pensiya təyin olunduqdan sonra da işləməkdə davam edərsə, hər […]
Fev 16 2024 | Posted in
ÖLKƏ |
Read More »

Dövlət Neft Şirkətinin (SOCAR) sosial məsələlər üzrə sabiq vitse-prezidenti Bədəl Bədəlovun şəxsi maraqlara xidmət edən fəaliyyəti mediaya yaxşı məlumdur. Vəzifədə olduğu müddətdə özünə topdağıtmaz səltənət yaradan Bədəl Bədəlovun adı mətbuatda tez-tez büdcə vəsaitini şəxsi maraqları üçün sərf edən məmurlar sırasında çəkilib. Bədəl Bədəlovun təkcə Bakıda onlarla bahalı əmlakı, Paytaxtın “Varovski” deyilən və varlılar məhəlləsi kimi […]
Fev 16 2024 | Posted in
Cəmiyyət,
MANŞET 2 |
Read More »