İrəvandan SON DƏQİQƏ sərhəd açıqlamaları

“Azərbaycan demarkasiya prosesini bu dəfə tətbiq edilən formatda, tətbiq olunan alqoritmlə davam etdirməyə meyllidir”. Musavat.com xəbər verir ki, bunu Ermənistan hökumətinin bu gün keçirilən iclasında baş nazirin müavini Mher Qriqoryan deyib. Öz növbəsində Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, yaxın 8-10 gün ərzində qəbul edilmiş qərarların icrası məsələsini həll etmək lazımdır. “Artıq 10 gündür ki, […]

Oğlu övladından imtina edən Mikayıl İsmayılov kimdir: qaranlıq keçmiş, gizli əlaqələr, iqtisadi imperatorluq

Oliqarx, SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə bioloji qohumluğun təyini – atalıq testindən keçməkdən yayınıb. Bu barədə Musavat.com-a Fidan Abbasova məlumat verib. Deyib ki, Orxan Mikayıl oğlu İsmayılzadə ona qarşı Xətai Rayon Məhkəməsinə şərəf ləyaqətin və işgüzar nüfuza zərər verilməsinə dair xüsusi ittiham təqdim edib. Orxan Mikayılzadə xüsusi ittiham qaydasında verdiyi şikayətində Fidan Abbasovanı […]

Sənədsiz ev sahiblərinin DİQQƏTİNƏ: Qeydiyyat üçün portalın hazır olacağı tarix AÇIQLANDI

“Kommunikasiya xətlərinin üzərində, yüksəkgərginlikli elektrik xətlərinin altında və dəmiryol xəttinin ətrafında olan evlər və obyektlər istisna olmaqla bütün sənədsiz evlərə “əmlak amnistisiyası” tətbiq ediləcək”. Musavat.com xəbər verir ki, bu barədə Bizim.media-nın sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, bu məqsədlə yeni elektron portal hazırlanır: “Bu portal 2024-cü ilin […]

İdman Akademiyasında “akademik korrupsiya”: rektor yeyinti ixtisasıni necə icra edir?

Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsilin hansı səviyyədə olduğunu deməyə gərək yoxdur. Tutarlı kadr hazırlaya bilməyən, daha çox idmançı deyil, qoçu hazırlayan təhsil ocağı kimi ad çıxarmış Akademiyda korrupsiya da dizə çıxıb. Odessa Yeyinti Sənayesi Texnologiyası İnstitutunu bitirən Fuad Hacıyev bir müddət Gömrük Komitəsində çalışıb, 2015-ci il tarixdən isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və […]

İsa Qəmbər parlament seçkilərinə qatılacaq – AÇIQLAMA

Qanuna əsasən, bu ilin noyabr ayının 3-də Azərbaycanda parlament seçkiləri keçirilməlidir. Lakin bu il ölkəmizdə beynəlxalq əhəmiyyətli COP29 tədbiri keçiriləcək, buna görə parlament seçkilərinin önə çəkilməsi müzakirə olunur. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da açıqlama verib. “Qanunvericiliyə əsasən, bu il noyabr ayında parlament seçkiləri olmalıdır. Seçkilərin müddəti önə də çəkilə bilər”, – […]

Talassemiyalı uşaqların 1 milyon manatını kimlər yeyib?

Bakı Ağır Cinayətlər Məhkəməsində talassemiyalı uşaqların müalicə pullarını mənimsəyən dəstənin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə müttəhimlər kürsüsünə “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədova çıxarılıblar. Prosesdə Masallı rayon sakini Günay Ağayevanın məhkəməyə mülki […]

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Azərbaycanda medianın diqqət mərkəzində olan dövlət maliyyəli təşkilatlardan biri də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir. Ölkədə yol çəkilişlərinin, körpü və qurğuların tikintisinin mühüm hissəsini həyata keçirən bu qurumun fəaliyyəti bəzi iqtisadçı ekspertlərin fikirlərinə görə qeyri-şəffafdır. Belə ki, bu ekspertlərin iddialarına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi satınalmalar və ya birbaşa müqavilələr əsasında yerinə yetirdiyi sifarişlərin […]

“Azəriqaz”ın gizli sayğac oyunu: “SMART tipli sayğacların bloklanmasına tapşırıq verilib”

“Qaz sayğaclarının dəyişdirilməsi ilə bağlı qaydalar var. Bu qayda və standartlara əsasən, istismarda olan sənaye qaz cihazları 3 ildə bir dəfə, məişət qaz sayğacları isə 5 ildə bir dəfə dövri yoxlamadan keçməlidir. Bu müddətə uyğun olaraq sayğaclar, “Azəriqaz” İB-nin nümayəndələri tərəfindən quraşdırıldıqları ünvanlardan sökülərək, Birliyin Metrologiya Departamentinə təqdim edilir”. Mia.az xəbər verir ki, bu sözləri “Neftçilərin […]

Qubad İbadoğlu siyasətlə vidalaşdı – Partiyası fəaliyyətini dayandırdı

Azərbaycan Demokratiya və Rifah Partiyası fəaliyyətini dayandırıb. Mia.az xəbər verir ki, bu barədə partiyanın sədri Qubad İbadoğlunun qardaşı Qabil Toğrul feysbuk hesabında paylaşım edib. O bildirib ki, ötən gün ADR İdarə Heyətinin toplantısı keçirilib. Toplantıda “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunun 4.7.-ci maddəsinin tələblərinin nəzərə alınması barədə qərar qəbul edilib. Sözügedən qanunun 4.7-ci maddəsinə görə, siyasi […]

Baydenlə Tramp debata çıxacaq, hər iki lider bir-birinə meydan oxudu – Tarixlər bəlli oldu

ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkiləri üçün geri sayım başlayıb. Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ölkə tarixinin 60-cı prezident seçkilərində iki əsas namizəd – hazırkı prezidenti Cozef Baydenlə sabiq prezident Donald Tramp iki dəfə canlı yayımda debata çıxacaqlar: “Bayden və Tramp iyunun 27-də CNN-də və sentyabrın 10-da ABC-də canlı yayımda suallara cavab verəcək, öz mesajlarını […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031