Putin Ərdoğanı hücumdan xəbərdar etdi: “Lütfən, ona deyin ki…”

“Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq xəbər agentliklərinin rəhbərləri ilə söhbəti zamanı mesaj göndərdiyi ölkələr arasında tərəfdaş adlandırdığı Türkiyə də olub”. Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Türkiyəyə mavi yanacaq ötürən qaz emalı stansiyasına Ukraynanın hücum cəhdindən danışan Kreml rəhbəri iki pilotsuz təyyarə vurduqlarını bildirib: “Putin üzünü görüşdə iştirak […]

Avropa Şurasına üzv ölkələrdə məhbus sayı: TÜRKİYƏ VƏ AZƏRBAYCAN ÖNDƏDİR

Bu gün Avropa Şurası quruma üzv ölkələrdə həbsxanalara yönəlmiş yeni illik cəza statistikasını dərc edib. Qurumdan Gununsesi.info-ya göndərilən hesabatdan məlum olub ki, Azərbaycan məhbus sayına görə yenə də öndə olan ölkələrdən biridir. Siyahıda ilk yeri isə Türkiyə tutub. Hesabatda vurğulanır ki, həbsxanaların həddindən artıq sıxlığı Avropada problem olaraq qalır: Avropa Şurasının 2023-cü il üçün Həbsxana Əhalisinə […]

Nəcməddin Sadıkovun oğlunun şəriki məhkəməyə verildi – STOP QOYULUR

Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun oğlunun biznes ortağı Akimov Kamal Akimoviç məhkəməyə verilib. Lent.az-ın əldə etdiyi məlumata görə, onun sahibi olduğu “Keystone” şirkətinin dövlət büdcəsinə vergi borcları yaranıb. Lakin o, nəzərdə tutulan vaxt ərzində həmin borcları ödəməyib. Nəticədə K. Akimoviç barəsində Bakı Kommersiya Məhkəməsində iddia qaldırılıb. İddia tərəfi isə Dövlət Vergi […]

Prezident Xəzərlə bağlı qanunu təsdiqlədi

Prezident İlham Əliyev “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanunu təsdiqləyib. Qaynarinfo xəbər verir ki, Qanun ölkə Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərinə uyğun olaraq, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində tikinti məqsədləri üçün süni torpaq sahələrinin yaradılması ilə bağlı ictimai münasibətləri tənzimləyir, […]

Paşinyan Bakıya gələcək? – İrəvandan AÇIQLAMA

İrəvan Ermənistanın baş naziri Nikol Paşinyanın COP29 sammitində iştirak etmək üçün Azərbaycana gözlənilən səfəri ilə bağlı məlumatları təkzib edib. Musavat.com xəbər verir ki, bu barədə Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan Ermənistanın dövlət xəbər agentliyi “Armenpress”ə bildirib. Onun sözlərinə görə, Paşinyanın iş proqramında belə bir səfər nəzərdə tutulmayıb.

Quterreş dünyanı gözləyən təhlükə barədə xəbərdarlıq etdi

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş qlobal istiləşmənin artdığını bildirib. Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, “Həqiqətlə üz-üzə gəlməyin vaxtıdır”. Quterreş, “İqlim məsələsində həm təhlükə, həm də həll yolu bizik” deyib. “Ümumdünya Ətraf Mühit Günü” münasibəti ilə Quterreş Nyu Yorkdakı Amerika Təbiət Tarixi Muzeyində “İqlim haqqında həqiqətlə üz-üzə gəlməyin vaxtıdır” adlı çıxış edib. […]

Müəllimlər üçün şad xəbər – Bu halda 1300 manat maaş alacaqlar

Bu gün ölkədə sertifikasiya imtahanından uğurla keçən müəllimin orta aylıq əməkhaqqı 1300 manatdır. Report xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqin Bağırov deyib. O bildirib ki, belə müəllimlərin sayı 8 minə yaxındır. Bu il keçiriləcək sertifikasiya imtahanı nəticələrinə görə yeni tədris ilində 20 mindən çox şəxsin müəllim sırasına qoşulması […]

Fətullah Güləni 50 milyarda satıblar? – FETÖ lideri ilə bağlı gerçəklər üzə çıxır

Son günlər FETÖ lideri Fətullah Gülən haqda ziddiyyətli xəbərlər yayılıb. ABŞ-ın Pensilvaniya ştatında yaşayan təşkilat rəhbərinin qaçırıldığı, hətta öldüyünə dair iddialar ortaya atılıb. Lakin hələlik bu informasiyalar birmənalı təsdiqlənmir. Yaxınları Gülən barədə məlumatları təkzib edir. Son iddialar isə bu yöndədir ki, ABŞ Güləni Türkiyəyə təhvil verib. FETÖ liderinin Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) əlində olduğu […]

Moskvada DƏHŞƏT: Şirkət rəhbərinin oğlu GÜLLƏLƏNDİ

Moskvada naməlum şəxs küçədə atəş açıb. Musavat.com xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb. Məlumata görə, nəticədə bir nəfər həlak olub. Qeyd edilib ki, güllələnərək öldürülən şəxs 34 yaşlı Konstantin Balışanskidir. O, “Mediasystem Group” şirkətinin rəhbəri Andrey Balışanskinin oğludur. Şirkət rabitə avadanlıqlarının, eləcə də texniki saxlama vasitələrinin topdan satışı ilə məşğuldur. Polisin yaydığı […]

“Sədərək Yusif”lə Bakı Baş Gömrük İdarəsi arasında

“Sədərək” Firması Bakı Baş Gömrük İdarəsini məhkəməyə verib. Qaynarinfo xəbər verir ki, Firmanın iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq. Aygün Abdullayeva iş üzrə hakim təyin edilib. İşin mahiyyəti haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. “Sədərək” Firması iş adamı, “Sədərək Yusif” kimi tanınan Yusif Qədimbəyliyə məxsusdur. O, həm də “Sədərək” Ticarət Mərkəzinin sahibidir. Bir müddət […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2024
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930