Rusiyada narazılıq artdı: Əhalini Suriya maraqlandırmır…

06.09.2018 - 14:19

Rusiyada sosial gərginlik artıb.

Axar.az xəbər verir ki, bunu “Levada Çentr” şirkətinin rəhbəri Lev Qudkov deyib. Onun sözlərinə görə, Rusiyada insanları daha çox qiymət artımı (72%), işsizliyin artması (48%), iqtisadi böhran və gəlirlərin ədalətsiz bölüşdürülməsi (30%) narahat edir:

“Vətəndaşlar orduya, polisə, məmurlara, Suriyada müharibəyə xərclərin artmasını hiss edirlər. Onlar bu məsrəflərin və Qərblə qarşıdurmanın mahiyyətini anlamırlar. Üstəlik, ortaya yeni təqaüd reformları da çıxıb ki, bu, elan edilməmiş ictimai razılaşmanın pozulması deməkdir. Narazılıq dekabrdan artmağa başlayıb. Prezident seçkisi dönəmində (mart) bu narazılıq müəyyən qədər azalıb. Səbəb isə cəmiyyətə vədlərin verilməsi idi. Araşdırmalar göstərir ki, rusları Çeçenistan və Şimali Qafqazdakı teraktlar, QİÇS xəstəliyinin artması, vətəndaş haqlarının məhdudlaşdırılması və hakimiyyət dairələrində konfliktlər daha az narahat edir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=122387

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031