İsrail Bakıya yeni səfir təyin etdi

16.11.2018 - 10:09

İsrail Xarici İşlər Nazirliyi Azərbaycana yeni səfir təyin olunduğunu elan edib. “Report” İsrail KİV-inə istinadən xəbər verir ki, bu vəzifəyə Corc Dik təyin edilib.

O, 2015-ci ilin avqustundan etibarən İsrailin Azərbaycandakı diplomatik missiyasına rəhbərlik edən Dan Stavı əvəzləyəcək. C.Dik daha əvvəl İsrail Xarici İşlər Nazirliyinin Baş direktoru Yuval Rotemin böyük məsləhətçisi kimi çalışıb.

İsrail KİV-nin yazdığına görə, ölkə tarixində ilk dəfə səfir postuna xristian ərəb təyin olunub. Qeyd edək ki, C.Dik nazirlikdə 2008-ci ildən işə başlayıb, ardından 2009-2012-ci illərdə İsrailin Nigeriyadakı, 2012-2015-ci illərdə isə Norveçdəki missiyasının rəhbərlərinin müavini olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=124636

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930