Gürcüstan ABŞ səfirinin təyinatını əngəlləyir

11.12.2018 - 15:23

Gürcüstan hökuməti ABŞ-ın adlı-sanlı diplomatlarından Bricit Brinkin bu ölkədə səfir təyinatına qarşı çıxır.

“Report” Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə “Foreign Policy” nəşri mənbələrə istinadən yazıb.

Bildirilib ki, Gürcüstan hokumətinin bəzi üzvləri B.Brinkin qərbyönümlü sabiq Prezident Mixeil Saakaşviliyə həddən artıq rəğbətcil olması qənaətindədirlər. Yazı müəllifi bu qərarın arxasında iqtidardakı “Gürcüstanın xəyalı” Partiyasının rəhbəri Bidzina İvanişvilinin durduğunu güman edir.

Qeyd edək ki, müxtəlif diplomatik vəzifələrdə 20 ildən artıq iş stajına malik B.Brink uzun müddət Gürcüstandakı səfirlikdə çalışıb, 2011-2014-cü illərdə səfir müavini olub. 2015-ci ildən indiyədək ABŞ dövlət katibinin Avropa və Avrasiya işlərinə dair köməkçisinin müavinidir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=125443

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930