Da Vinçidən Qiyamət Günü mesajı – Bəşəriyyət həmin gün MƏHV OLACAQ

18.12.2018 - 10:30

İtaliyalı tədqiqatçı Sabrina Sfortsa Qalitsiya rəssam Leonardo Da Vinçinin “Gizli axşam yeməyi” adlı əsərinin gizli mənasını açmağa müvəffəq olduğunu bildirib.

Göstərilən “Da Vinçi kodu”nun Den Braunun məşhur romanı ilə qətiyyən əlaqəsi yoxdur.

Vatikan tarixi üzrə ixtisaslaşan Sabrina Sfortsa Qalitsiyanın fikrincə, dahi Leonardo öz “Gizli axşam yeməyi” rəsmində dünyanın sonu barədə mesaj verib.

Mütəxəssis riyazi-astroloji şifrələrə, kətan üzərində çəkilmiş əsərin rəmzliyinə – günün 24 saatını təqdim etmək üçün istifadə olunan Latın əlifbasının 24 hərfinə, həmçinin müəllifin 3 rəqəminə – 3 pəncərə, 3 apostol qrupu və s.-ə eyham etməsinə diqqət yetirdikdən sonra bu qərara gəlib.

Alim araşdırma nəticəsində dünyanın sonunu bildirən tarixi müəyyən edib – 21 mart 4006-cı il. Həmin gün qiyamət qopacaq və noyabrın 1-nə qədər davam edəcək. Öncəgörməyə əsasən, bəşəriyyət həmin dövr ərzində məhv olacaq. (report)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=125630

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930