Polşanın baş naziri Netanyahudan küsüb İsrailə getməkdən imtina etdi

18.02.2019 - 01:08

Polşanın baş naziri Mateuş Moravetski İsrailə planlanan rəsmi səfərindən imtina edib. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, baş naziri bu addımı atmağa sövq edən səbəb israilli həmkarı Benyamin Netanyuhunun 2-ci dünya müharibəsində polyakların nasistlərlə əməkdaşlıq etməsi barədə sözləri olub.
“Times of Israel” saytının xəbərinə əsasən, İsrail tərəfi də M.Moravetskinin “Vişeqrad qrupu” (Polşa, Çexiya, Slovakiya və Macarıstanın daxil olduğu, Mərkəzi Avropa ölkələrinin birliyi-red.) ölkələrinin Qüdsdə baş tutacaq sammitdə iştirak etməyəcəyini artıq təsdiqləyib. Onun yerinə Polşanı xarici işlər naziri Yatsek Çaputoviç təmsil edəcək. M.Moravetski gəlməyəcəyini şəxsən Benyamin Netanyahu ilə telefon söhbətində ona çatdırdığını bildirib.
“İsrail Y.Çaputoviçi sammitdə görməkdən “xoşbəxt” olacaq”, deyə yerli yüksək rütbəli diplomat “Times of Israel”ə söyləyib. Onun sözlərinə görə, Moravetskinin gəlməməsi əslində siyasi səbəblərlə bağlıdır. “Biz Polşada yaxınlarda seçkilərin olacağını başa düşürük”,- deyə diplomat narahat olmadıqlarını ifadə edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=126891

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930