Başbuğ 12 ildən sonra dilə gəldi – Niyə məhz indi?

19.02.2019 - 00:47

“2007-ci ildə Dağlıcada 12 əsgərin şəhid olduğu PKK-nın silahlı hücumunun arxasında ABŞ dayanırdı”. Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Baş Qərargahının keçmiş rəhbəri İlkər Başbuğ deyib. “21 oktyabr 2007-ci ildə Dağlıca hücumu qırılma nöqtəsi idi. PKK bu terror olayını təkbaşına etməmişdi. Bu hücum strateji hədəfə qarşı idi və arxasında ABŞ dayanırdı. Bu hücumdan təxminən 1 ay sonra psixoloji hərbi təbliğat vasitəsi olan “Tərəf” qəzeti çıxmağa başladı. Bu qəzet ana mediaya çox böyük təsir edirdi. Yayımlanan yalan xəbərlər bütün media vasitələrində istifadə edilirdi. Həmin qəzetdəki xəbərlər polis idarələrinin daxilində yerləşmiş FETÖ-çular tərəfindən yayılırdı”, – deyə Başbuş bildirib.

Başbuğun bu açıqlaması diqqət çəkib. Onun nə üçün 12 ildən sonra bu cür faktlar açıqladığı suallar doğurur. Çoxları hesab edir ki, hazırkı gərgin Türkiyə-ABŞ münasibətlərinin fonunda belə fikirlərin səsləndirilməsi təsadüfi deyil.

Politoloq Əhəd Məmmədli Başbuğun açıqlamalarını həqiqət sayır: “İstefada olan Başbuğ bu açıqlamanı elə-belə verməyib. Çox güman ki, bu sensasion açıqlama dövlət qurumları ilə razılaşdırılaraq verilib. Adətən bu cür açıqlamaları istefada olan məmurların dili ilə dövlət verir. Bu, Ankaranın Vaşinqtona bir növ xəbərdarlığıdır. Ankara Vaşinqtona bununla deyir ki, onsuz da imicin ölkəmdə mənfidir, elə etmə ki, üstünə gedim, ölkəmdə imicin birdəfəlik mənfi olsun. Bu cür ifşaedici xəbərlər vasitəsilə rəsmi Ankaranın daxilində anti-ABŞ təbliğatı dərinləşə bilər. Bu durum da AKP iqtidarına sərf edir. AKP-nin antiamerikan ritorikasını gücləndirir. Ola bilsin ki, o vaxt indikindən fərqli Türkiyə-Amerika münasibətləri o qədər də gərgin deyildi, amma bu, o demək deyil ki, Başbuğ həqiqəti danışmır. Bu ciddi adam tərəfindən deyilən çox ciddi ittihamdır. Bu səviyyədə belə yalanlar danışılmaz. Başbuğ həqiqəti söyləyir. SSRİ dağıldıqdan sonra PKK terror təşkilatı ABŞ-ın himayəsindədir. 12 il bundan əvvəl türk hökuməti bir kürd açılımı etmişdi.

 

PKK yandaşları Türkiyə parlamentində oturdular. Bu məqamdan PKK terrorçuları istifadə edib Türkiyə dövlətinin üstünə gəlməyə başladılar. Təbii ki, arxalarına ABŞ, İsrail, Almaniyanı alıb bunu edirdilər. Başbuğun da söylədikləri həmin dönəmdən xəbər verir. 12 ildən sonra bu, onun yadına düşmədi, bunu onun yadına saldılar. O da söylədi. Yadına salan isə istefasından sonra da xidmət etdiyi türk dövləti oldu. Dövlət nəsə demək istəyəndə bu cür adamların dili ilə deyir. Türk iqtidarı indi məqsədəuyğun saydı, ona görə də bu xəbər indi deyildi. Türkiyə 12 il bundan əvvəldən indi daha güclüdür, indi ABŞ-la baş-başa gəlir. 12 il bundan əvvəldən fərqli olaraq indi Türkiyə-ABŞ münasibətləri daha gərgindir. Niyə 12 il bundan əvvəl deyil, indi bu xəbər çıxdı? Səbəblərini çox gətirmək olar. Nə vaxt və necə yayılması isə dövlətin başında duran adamların verdiyi qərarlardan asılıdır. Türkiyə bununla Amerikaya deyir ki, mənə qarşı etdiyin pisliklərdən xəbərim var, PKK mənim üçün qırmızı cizgidir və bu bəladan istəsə də, istəməsə də qurtulacağıq”.

 

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bunları düşünür: “SSRİ dağıldıqdan sonra PKK industrial olaraq tamamilə Qərb təsirinə, xüsusilə ABŞ-ın əlinə düşdü. İstər 90-ci illərin qanlı cinayətləri, istərsə də günümüzdə Suriyada, İraqda baş verənlər olsun. Türkiyə ordusuna rəhbərlik etmiş şəxsin, hansı ki, 26 ay “Ergenekon” əməliyyatında həbs edilib zindanda yatan adamın bunu deməsi təkcə təxmindən yox, həm də faktlardan xəbər verir. Detallar da onu göstərir ki, həmin dövrdə Türkiyə ilə ABŞ arasında birbaşa hərbi toqquşma an məsələsi olub. Çünki türk ordusunun həmin vaxt əsas planı İraqın şimalına girərək, PKK problemini birdəfəlik kökündən həll etmək idi. Dağlıca hadisələri bu prosesin bir detalı ola bilər. Və bu tamamilə qanunauyğundur.

Qaldı niyə indi ortaya çıxır? Başbuğ ağıllı adamdı. Hazırda bu açıqlamalar Ərdoğanın Tramp qarşısında əlini gücləndirməyə xidmət edir. Zatən keçmiş generalın da artıq Ərdoğana qarşı bir incikliyi qalmayıb. Razılığa gəldilər ki, problemin kökündə FETÖ amili var imiş. O dövrün detallarına bir də daxil olan digər amillər var. Türkiyənin hücum planlaşdırdığı ərəfədə ABŞ kürd tərəfi ilə razılığa gələrək iki hərbi baza tikmə istəyi dövrün əsas qalmaqallarından idi. Daha bir detal isə Türkiyənin o dövrdə sürətlənən Avropa Birliyi danışıqları ilə bağlı idi. Açığı, Avropa Birliyi PKK, Şimali İraq məsələsində Türkiyəyə ciddi təsir edirdi. Bir növ bu terror tamaşasını qurmaqla hədəf həm də Türkiyə daxilindəki bölücü qüvvələrə “arxanızdayıq” mesaji vermək idi”(musavat.com).

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=126912

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930