Rusiya qırıcıları HAVAYA QALXDI: 126 ölü, 380-dən çox yaralı – Şiddətli döyüşlər gedir

13.03.2019 - 22:28

Bəşər Əsəd rejimi və İranın dəstəklədiyi qruplar Suriyanın İdlib əyalətində yaradılan gərginliyin azaltma bölgəsində yerləşən Türkməndağını bombardman ediblər. Publika.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyaya aid qırıcılar da hücuma dəstək verərək İdlib və ətraf bölgələrə aviazərbələr endiriblər.
Dünən gecə saatlarından bəri sözügedən bölgə şiddətli top və raket atışlarına məruz qalır. Rejim qüvvələri ağ fosfor bombası ilə İdlibin cənubuna hücum edib. Bir neçə saat isə Rusiya qırıcıları Sərakib bölgəsini bombalayıb, nəticədə 2 dinc sakin həlak olub, 19 nəfər yaralanıb.
Qeyd edək ki, Əsəd rejimi 2015-ci ildə Rusiyanın köməyi ilə Türkməndağının 85 faizini ələ keçirib, bölgədə yaşayan 20 minə yaxın türkman və ərəb Türkiyəyə köç etməyə məcbur olub. Xatırladaq ki, Əsəd rejimi və İranın dəstək verdiyi müxalif qüvvələrin bu ilin başlanğıcından bəri Soçi razılaşmasını pozaraq İdlib gərginliyi azaltma bölgəsində yerləşən yaşayış məskənlərinə təşkil etdiyi hücumlar nəticəsində 126 nəfər ölüb, 380-dən çox insan yaralanıb. Astana razılaşması çərçivəsində Əsəd rejiminin təminatçısı olan Rusiya bu hücumları dayandırmaq hüququna malikdir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=127267

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930