Nazarbayevin qızı əlil uşaqları təhqir edib: “O eybəcərləri…” – Video

25.03.2019 - 00:04

Qazaxıstanda Nursultan Nazarbayev təxminən 30 illik prezidentlikdən sonra istefa versə də, onun böyük qızı Dariqa ölkə parlamentinin spikeri postuna gəldi. Bundan dərhal sonra Qazaxıstanda sosial şəbəkə istifadəçiləri Dariqa Nazarbayevanın altı il öncə əlil uşaqların ünvanına xoşagəlməz ifadələr səsləndirdiyi görüntüləri gündəmə gətiriblər.
Bizimyol.info xəbər verir ki, sosial şəbəkələrdə yayılan video-görüntülərdə Dariqa Nazarbayeva yeniyetmələrin tərbiyəsindən danışır, valideynləri uşaqlarını erkən cinsi münasibətlərdən çəkindirməyə çağırır. Onun fikrincə, yeniyetmələrə bu mövzuda sözlə məsləhət verməkdənsə, onları uşaq evlərinə, əlil uşaqların saxlandığı internatlara aparmaq daha effektli ola bilər.

Nursultan Nazarbayev

“Onlar görməlidir ki, düşünülməmiş, vaxtından əvvəl cinsi həyatın nəticələri necə olur. O eybəcər uşaqları, əlilləri da göstərmək lazımdır. Qoy görsünlər. Saatlarla davam edən danışıqlardan, leksiyalardansa, bu üsul daha güclü təsir göstərə bilər”, – Dariqa Nazarbayeva belə deyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=127522

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930