“Ən yaxşı müəllim” 1 million dollar mükafat aldı
Dubay əmirliyində “Dünyanın ən yaxşı müəllimi” müsabiqəsinə yekun vurulub. ONA-nın Dubayın rəsmi mətbuat xidmətinə istinadən yaydığı xəbərinə görə, «Dünyanın ən yaxşı müəllimi» adını və 1 million dollar mükafatı Keniyadan olan keşiş Piter Tabiçi qazanıb.
Mükafatlandırma mərasimini amerikalı aktyor Xyu Djekman aparıb, qalibə mükafatı isə Dubay şahzadəsı Xəmdan ibn Məhəmməd Əl-Maktum verib. 36 yaşlı Piter Tabaçı Keniyada orta məktəbdə dərs deyir və əmək haqqının böyük hissəsini kasıblara verir. “Dünyanın ən yaxşı müəllimi” mükafatı 2015-çi ildən indiyalı Sanni Varkeyin xeyriyə fondu tərəfindən verilir.
Bu il müsabiqəyə 179 ölkədən 10 min ərizə gəlıb.
Short URL: https://www.cumhuriyyet.net/?p=127552