Trampdan Çin prezidentinə 325 milyardlıq hədə – “Əgər danışıqlara getməsə…”

11.06.2019 - 09:42

ABŞ prezidenti Çin prezidentinin danışıqlara getmədiyi təqdirdə, o ölkənin 325 milyardlıq mallarına yeni tariflər tətbiq edəcəyi ilə hədələyib. APA-nın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Donald Tramp CNBC agentliyinə müsahibəsi zamanı deyib ki, bu ayın sonunda Yaponiyanın Osaka şəhərində Böyük İyirmiliyin sammiti çərçivəsində Çin prezidenti Tsi Cinpinqlə görüşəcəyinə ümid edir: “Düşünürəm o da gələcək və biz görüşəcəyik”.
Çin Vaşinqtonu ticarət danışıqlarının dalana dirənməsində “tək məsuliyyət” daşımaqda ittiham edərək, Pekinin prinsipial şəkildə geri çəkilməyəcəyini bildirib. Çin ABŞ-ın danışıqlardan çəkildiyini və tariflərin iki ölkə arasındakı ticarət problemlərini həll etməyəcəyini deyib.
ABŞ prezidenti hələ də Çinin Amerika ilə yeni ticarət razılığı əldə edilməsini istədiyini və müzakirə edilmiş bəzi razılıqları qəbul etmədiyinə görə təəssüf hissi keçirə biləcəyini deyib. Birləşmiş Ştatlar 200 milyard dollar dəyərindəki Çin idxallarına tarifi 10 faizdən 25 faizədək artırıb.
Çinin Maliyyə Nazirliyi iyun ayının 1-dən etibarən 5 faizlik tariflərin 25 faizə qaldırıb və bu, Çinə ixrac edilən 5140 məhsula şamil edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=128878

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930