II dünya müharibəsindən sonra Avropanın ən qanlı tarixi – Srebrenitsa qətliamı – FOTO-VİDEO

11.07.2019 - 12:14

Bu gün insanlığın ən böyük tragediyalarından biri olan Srebrenitsa qətliamından 24 il ötür.

1995-ci ilin bu günü general Ratko Mladiçin tabeliyində olan serb dəstələr Bosniyanın Srebrenitsa qəsəbəsinə daxil olaraq müsəlmanları qətlə yetirməyə başlayıblar.

Musavat.com xəbər verir ki, bu qəsəbədə sadəcə bir neçə gün içərisində 8 min 372 müsəlman öldürülüb. İndiyədək cəsədlərin 6 min 500-nün kimliyi müəyyənləşdirilə bilib.

Qətliam necə baş verib?

Qətliam Yuqoslaviyada vətəndaş müharibəsinin getdiyi bir dövrdə baş verib. Əslən serbiyalı olan general Ratko Mladiç bu qətlimın təşkilatçılarından olub. Serb ordusu ilə yanaşı burada “Əqrəblər” adı ilə tanınan Serbiya xüsusi təhlükəsizlıik dəstələrinin də iştirakı sübuta yetirilib.

BMT 90-cı illərdə Yuqoslaviyadakı vəziyyəti nəzərə alaraq Srebrenitsanı müsəlmanlar üçün “etibarlı bölgə” elan edərək oraya hollandiyalılardan ibarət 400 nəfərlik silahlı göndərib.

Bosnalı kadınlar ve yemek

Minlərcə boşnaq bu əraziyə sığınsa da, soyqırımdan qurtula bilməyib. Bosniyalı serb qüvvələrinin bu ərazini mühasirəyə almasından sonra hollandiyalı əsgərlər onlara sığınan insanları təslim edib.

Serb qüvvələri qərargaha sığınan insanları kişi, qadın və uşaq olmaqla ayrı kateqoriyalara ayırıraq öldürüb.

Götürülenler

Burada öldürülən müsəlmanların qəbrləri Bosniya və Herseqovinanın Şimalında yerləşən toplu məzarlıqdadır.

Mənbə BBC Türcə

Yaşanan faciə yalnız 2007-ci ildə Laheydə qurulan Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə “soyqırım” elan edilib. Hadisədə iştirakı olan onlarca general barəsində həbs qərarı verilib.

Hadisənin əsas iştirakçısı olan Ratko Mladiçə ömrlük həbs cəzası verilib. Srebrnitsa qətliamından öncə Mladiç kameralara bu sözləri deyib:

“11 iyul serb şəhəri olan Srebrenitsadayıq. Bu qələbəni serb millətinə ərmağan edirik. Nəhayət, türklərdən (bölgədəki müsəlman əhaləi bu şəkildə adlanırdı) intiqamımızı almaq vaxtı gəlib çatdı” .

Ratko Mladić ile ilgili görsel sonucu

Yaşanan faciədə hollandiyalı sülhməramlıların da iştirakının olması hələ də dartışma mövzusudur. Sülhməramlıların Bosniyadakı rəhbəri olan fransız general əsgərlərinə bir gecənin içində ərazini tərk etmə əmri verdiyi bildirilir. Boş qalan əraziyə daxil olan Miladiçin qoşunları əllərinə keçən bütün müsəlmanları vəhşicəsinə öldürüb. Gələcəkdə şəxsiyyətləri tanınmasın deyə onları parçalayaraq toplu məzarlıqlarda basdırıblar.

Sonralar əldə olunan videogörüntülərdə sülhməramlıların generalı Tom Karremansın faciədən əvvəl yığıncaqların birində Ratko Mladiçlə əl-ələ görüşmələri, hətta birlikdə içki içdikləri də görünür.

Bütün bunalara rəğmən məhkəmə hollandiyalı sülhməralıları “qismən günahkar” bilərək haqlarında heç bir məhkəmə qərarı çıxarmayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=129448

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2019
BE ÇA Ç CA C Ş B
« İyn    
1234567
891011121314
15161718192021
22232425262728
293031