İranda qadınlar çadradan imtina edir – Yeni hərəkat

16.07.2019 - 16:24

Associated Press-in müxbiri son 9 gün ərzində İranın paytaxtı Tehranda onlarla qadının otel lobbiləri, park və ticarət mərkəzlərində hicabsız dolaşdığını yazıb.

Agentliyin yazdığına görə, bu hərəkət gənc qadınların geyim kodlarına itaətsizliyini nümayiş etdirir. Lakin onlar 1979-cu il İran İslam İnqilabından sonra təsis edilən əxlaq polisinin hədəfinə çevrilmə riski altındadır.

Təzyiqlərdən qorxduğu üçün adını açıqlamayan 30 yaşlı bir qadın sosial mediada bunun çox rəskli və təhlükəli olduğundan bəhs edib.

Lakin o, eyni zamanda daha çox qadının bu hərəkata qoşulması ilə rəsmilərin reaksiyasının çətinləşdirdiyini deyərək, qadınların təqib olunmalarına baxmayaraq, onların ələ keçirilməyəcəyinə ümidini ifadə edib.

Hicab debatları İranın ABŞ sanksiyaları altında ağır iqtisadi duruma düşdüyü bir vaxtda aparılır. Hökumətin hicabsızlıq hərəkatına ölkə valyutasının dəyər itirdiyi və evlərin bahalaşdığı bir şəriatdə nə kimi münasibət göstərə biləcəyi bəlli deyil.

Hicab qalmaqalı 2017-ci ildə “İnqilab küçəsindəki qız” kimi tanınan 32 yaşlı Movahidin baş örtüyünü çıxarıb, onu havada yelləməsindən sonra baş qaldırıb.

Movahidin bu hərəkəti İranda digər qadınlar tərəfindən dəstəklənmiş və onlar ictimaiyyət qarşısında məcburi baş örtüyünü çıxararaq itaətsizlik nümayiş etdirməyə başlamışdı.

İranda qadınlardan ictimai yerlərdə başlarını ötrməsi qaydasını pozanları ya 2 aylıq həbs cəzası, ya da $25 dollara qədər cərimə gözləyir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=129594

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930