cumhuriyyet.net
Türkiyədə terror aktının qarşısı alındı • Cumhuriyyət
Türkiyənin cənub-şərqində Mardin vilayətində terror aktının qarşısı alınıb. Keçirilmiş xüsusi əməliyyat çərçivəsində magistral yol kənarında basdırılmış 40 kiloqramdan çox partlayıcı maddə aşkar edilib. Məlumata görə, əməliyyat zamanı, həmçinin PKK terror təşkilatının 5 üzvü saxlanılıb. Həmin ərazidə terror aktının da onlar tərəfindən planlaşdırıldığı bildirilir. Saxlanılanların şəxsiyyəti açıqlanmır. Əməliyyatla bağlı başqa detallar barədə məlumat verilməyib.
nesimi