Qazaxıstan Prezidenti Azərbaycandakı səfiri geri çağırdı və…
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ölkənin Azərbaycandakı səfiri Beybit İsabayevi geri çağırıb.
Virtualaz.org-un məlumatına görə, bu barədə Qazaxıstan Prezidentinin saytı xəbər yayıb.
Bildirilir ki, Beybit İsabayev dövlət başçısının imzaladığı müvafiq fərmanla Qazaxıstan Prezidentinin parlamentdəki nümayəndəsi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, B.İsabayev Azərbaycanda 2015-2019-cu illərdə səfir vəzifəsində çalışıb. Bundan öncə o, Qazaxıstanın Qırğızıstan, Pakistan və Türkiyədə səfiri olub.
Short URL: https://www.cumhuriyyet.net/?p=129843