İsveçrədə döyüş təyyarələri başqa şəhərin üzərində şou göstərdi

19.07.2019 - 18:28

İsveçrənin hava qüvvələri şou göstərmək üçün nəzərdə tutulan şəhərdə deyil, başqa tədbir keçirilən ayrı şəhərdə şou göstəriblər.

Musavat.com bu barədə BBC Türkcəyə istinadən məlumat verir.

Ötən gün İsveçrənin “Langenbruck” qəsəbəsində dünyaya gələn pilotun xatirəsinə təşkil olunan tədbirdə döyüş təyyarələrinin şousu nəzərdə tutulurdu. Elə həmin gün yaxın qəsəbələrin birində əhali üçün musiqi festivalı təşkil olunmuşdu.

Şounun təşkil olunmasında əsas icraçılardan olan Patru Sisse “musiqi festivalının göstəriləcəyi qəsəbədə böyük festival çadırlarını görüb şounun burada olacağını düşündük” – deyə yerli mətbuata açıqlamasında bildirib.

Musiqi festivalının təşkilatşıları isə gözlənilməyən bu hadisənin əhali tərəfindən xoş qarşılandığını bildirib.

Müdafiə Nazirliyi üzr istəyib

Müdafiə Nazirliyinin sözçüsü mətbuata açıqlama verərək, üzr istəyib və təyyarələrdə gps kimi proqramların olmaması səbəbindən bu hadisənin baş verdiyini bildirb.

Qeyd edək ki döyüş təyyarələri Oskar Bayder adlı pilotun şərəfinə bu şounu göstərməyi planlaşdırmışdılar. Oskar Bayder isə Alp dağlarını iki istiqamətdə də keçən ilk pilotdur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=129883

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930