Almaniya və ABŞ həyəcan təbili çalır

19.07.2019 - 18:58

Almaniya hökumətinin məlumatların qorunması məsələləri üzrə səlahiyyətli nümayəndəsi Ulrix Kelber Rusiyanın “Vireless Lab” şirkətinin yaratdığı “FaceApp” tətbiqindən istifadə etməməyi məsləhət görüb.

Virtualaz.org bildirir ki, bu barədə RİA Novosti xəbər yayıb.

U.Kelberin sözlərinə görə, proqramın istifadəsi istifadəçilərin şəxsi məlumatlarının arzuolunmaz şəxslərin əlinə keçməsinə səbəb ola bilər.

“FaceApp”ın istifadə şərtləri sona qədər aydın deyil. Proqramın arxasında kimlərin dayana biləcəyi düşüncəsi ehtiyatlı olmağa sövq edir”, – Kelber bildirib.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ-da da sözügedən proqram tənqid edilmiş və ölkənin milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirilmişdi.

Məsələyə proqramın yaradıcısı Yaroslav Qonçarov da münasibət bildirib və məlumatların üçüncü tərəfə ötürülməsi ilə bağlı informasiyaların yanlış olduğunu deyib.

“Hazırda bizim məlumat mərkəzimizə müraciət edən insanların əksəriyyəti fotolarının silinməsini tələb edirlər. Ciddi basırıqlıq yaranıb. Amma bu, bizim üçün prioritet məsələdir”, – deyə Qonçarov bildirib.

O, həmçinin əlavə edib ki, məlumatların üçüncü tərəfə ötürülməsi müzakirə mövzusu deyil: “FaceApp” üzərində iş görülən fotoların böyük hissəsini “buludlar”da saxlayır. Biz sadəcə istifadəçinin redaktə üçün seçdiyi fotoları yükləyirik. Heç vaxt əlavə hansısa fotonu götürmürük. Yüklənən şəkillər isə 48 saat ərzində serverlərimizdən silinir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=129915

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930