“Türkmənistan Prezidentinin vəfat etməsi xəbəri tamamilə yalandır” – Türkmənistanın Moskvadakı səfirliyi

22.07.2019 - 11:33

“Türkmənistan prezidenti Qurbanqulı Berdımuhammedov vəfat etməsi barədə xəbər tamamilə yalandır”. Bu barədə Türkmənistanın Moskvadakı səfirliyinin TASS-a verdiyi açıqlamada bildiirlirb.

Xatırladaq ki, Berdımühəmmədovun vəfat etdiyi barədə xəbəri politoloq və “Qovorit Moskva” radiostansiyasının Avrasiya Problemləri Monitorinq Mərkəzinin direktoru Aslan Rubayev yerli mənbəyə istinadən verib.

O, bu barədə türkmən iş adamlarından xəbər tutduğunu bildirib. Onların sözlərinə görə, xüsusi xidmət orqanlarında işləyən şəxslər hadisənin prezident məzuniyyətdə olan zaman baş verdiyini deyiblər.

Bildirilir ki, Qurbanqulı Berdımuhammedov iyulun 15-də məzuniyyətə çıxıb.

Qeyd edilir ki, prezidentin Almaniyada müalicə alan anası Oğulabadın səhhəti pisləşib və Qurbanqulı Berdımuhammedov bu səbəbdən Almaniyaya gedib. Bildirilir ki, Türkiyənin məşhur anastezioloqu da Oğulabad Berdiməhəmmədovanın səhhəti ilə bağlı Almaniyaya uçub.

Prezidentin özü isə rəsmən məzuniyyətdədir və 10 gündür onu televiziyada görünümür. Ancaq onun adından müxtəlif qurumlara ünvanlanan təbrik məktubları oxunur.

Türkmənistan prezidenti bu gün səhiyyə işçilərini təbrik edib və rəsmi məktubunda səhiyyənin uğurlarından bəhs edib.(Musavat.com)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=129948

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930