Türkmənistan prezidenti daxili işlər nazirini qovdu – Mulikovun rütbəsi generaldan mayora endirilib

02.10.2019 - 17:02

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov daxili işlər naziri və polis general-leytenantı İsgəndər Mulikovu hökumətin iclasında tutduğu vəzifədən azad edib və onun rütbəsini mayora qədər endirib.

İsgəndər Mulikovun yerinə baş nazirin müavini Məmmədxan Çakıyev təyin olunub.

Rəsmi məlumatda keçmiş nazirin işdə kobud pozuntulara yol verdiyi, vəzifə səlahiyyyətlərindən sui-istifadə etdiyi, ciddi nöqsanlar buraxdığı qeyd olunub.

Bilindiyi kimi, İ. Mulikov 2009-cu ildən bu yana ölkə polisinə rəhbərlik edirdi. Həmin vaxtdan bəri o, 12 şiddətli töhmət alıb.
Təbii ki, köhnə sovet respublikalarında olduğu kimi, nazir qovulduqdan sonra ona qarşı cinayət prosesi başlanılıb.

“Azadlıq” radiosunun Türkmənistan bürosunun xəbərinə görə, baş prokuror Batır Atdayev DİN strukturlarında çalışan bir sıra vəzifəli şəxslərin, o cümlədən keçən ay həbs olunan sahibkar Çarı Kulovun polisdəki qohumlarının həbs edildiyini bildirib.
B. Atdayev İskəndər Mulikovu Çarı Kulova 25 illik həbs cəzası verilməsinə rəğmən, onun qohumu, Aşqabad şəhərinin Pasport-qeydiyyat idarəsinin rəis müavini Didarmurad Məhəmmədovu işdən azad etməməkdə günahlandırıb.

Gələn xəbərlərdə İskəndər Mulikovun sürücüsü, “Şatır” ləqəbli Məqsəd Amanovun da saxlanıldığı deyilir.

Ümumiyyətlə, İsgəndər Mulikovun qovulması yuxarıda adı çəkilən Aşqabad biznesmeni Çarı Kulov və keçmiş xarici iqtisadi əlaqələr və ticarət naziri Amandurdu İşanovun həbsi ilə bağlı əlaqələndirilir.

Belə ki, həmin şəxslər, xüsusilə Çarı Kulovun keçmş daxili işlər naziri ilə sıx iş əlaqələri varmış. Çarı Kulovun İsgəndər Mulikovun bütün biznes işini idarə etdiyi bildirilir.

Artıq keçmiş daxili işlər nazirinin əlindən Aşqabaddakı bir sıra kafe, restoran və mağazalar alınıb. Hazırda ona məxsus “Okean” restoranı, “Aypəri” kafesi, “Türk yeməkləri” kafesi kimi Türkmənistan üçün lüks sayılan məkanlar mənimsənilib.

Sürücü Məqsəd Amanov isə daxili işlər nazirinin üçüncü şəxslərlə ticarət münasibətlərində vasitəçilik edirmiş.

Türkmənistandakı müxalif mənbələr İsgəndər Mulikovun daxili təhlükəsizlik naziri Yaylım Berdıyevlə mübarizədən məğlub ayrıldığını vurğulayırlar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=133984

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930