77 yaşlı milyarder prezident olmaq istəyir

09.11.2019 - 11:18

a4cfa887-1a46-46cc-bab6-e16b99aa203bNyu-Yorkun keçmiş meri, “Bloomberg” agentliyinin sahibi, 77 yaşlı milyarder Maykl Blumberq Alabamada keçirilən ilkin seçkidə ABŞ Demokrat Partiyasından namizəd kimi qeydə alınması üçün müraciət edərək sənədlərini təqdim edib.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumat Demokratik Partiyanın Alabamadakı nümayəndəliyinin saytında yerləşdirilib.

Qeyd olunub ki, Alabamada ilkin seçki 2020-ci il 3 mart tarixinə təyin edilib.

Prezident seçkilərində rəqibi Donald Trumpın adını daşıyacaq Demokratik Partiyanın Milli Konqresinə 52 nümayəndə seçəcəklər.

2002-ci ildən 2013-cü ilə qədər Blumberq Nyu-Yorkun meri vəzifəsində çalışıb.

Milyarder ABŞ-ın ən varlı adamlarından biri hesab olunur. “Forbes” jurnalının son hesablamalarına görə, onum sərvəti 52 milyard dolları ötüb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=136206

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930