“PUTİNƏ ETİBAR ETMƏ!…” – “O, Ukraynaya və ukraynalılara nifrət edir”

06.12.2019 - 15:41

Ukraynanın sabiq prezidenti, hazırda isə Radanın deputatı, “Avropa Həmrəyliyi” Partiyasının lideri olan Pyotr Poroşenkonun ölkə mətbuatında dərc edilən məqaləsi ciddi əks-səda doğurub.

“AzPolitika.info” xəbər verir ki, sabiq prezidentin fikirləri həm Ukrayna, həm də Rusiya mətbuatında geniş müzakirələrə yol açıb.

Kifayət qədər sərt ifadələrin yer aldığı məqalədə P.Poroşenko Ukraynanın hazırkı prezidenti Vladimir Zelenskiyə dekabrın 9-da keçiriləcək “Normand sammiti” öncəsi bi neçə məsləhət verib. Sabiq prezident yazır ki, Zelenski danışıqlarda ilk növbədə hələ 2015-ci ildə Ukraynanın tələb etdiyi kimi, Donbasda BMT-nin sülhməramlı qüvvələrinin yerləşdirilməsi şərtinin üzərində durmalıdır. Çünki sülhməramlılar olmadan Donetsk və Luqanskda normal seçki keçirmək və hadisələrin gedişinə Rusiyanın birbaşa, hərtərəfli təsirini azaltmaq mümkün olmayacaq. Poroşenko həmçinin sammitin gündəliyinə qətiyyən Rusiya qazının Ukraynaya satışı məsələsini salmamağı tövsiyə edib: “Ən yeni tariximizdə hələ heç nə bizə ucuz Rusiya qazı qədər baha başa gəlməyib”. Sabiq prezident deyib ki, heç cür ucuz təbii qaz qarşılığında siyasi güzəştlərə getmək olmaz.

Poroşenkonun Zelenskiyə verdiyi ən əsas və diqqət cəlb edən məsləhət isə şəxsən Rusiya prezidenti ilə münasibətlərə aid olub. Sabiq prezident xələfinə məsləhət bilib ki, heç bir vəchlə Putinə etibar etməsin: “Putinə etibar etmə. Heç vaxt və heç nədə! Putin hər şeylə manipulyasiya edir – mahiyyətlə, faktlarla, rəqəmlərlə, xəritələrlə, emosiyalarla. O, Ukraynaya və ukraynalılara nifrət edir, Avropanın siyasi xəritəsində bizə yer görmür…”

Sonda Poroşenko Zelenskiyə məsləhət görüb ki, sammitə yüksək dərəcədə hazırlıqlı şəkildə qatılsın və əlində Rusiyanın manipulyasiyalarına cavab verəcək, eləcə də avropalı liderlərin etibar edəcəyi statistik göstəricilər olsun.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=138156

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930