SÜLEYMANİNİN TƏYYARƏSİNDƏ ABŞ CASUSU OLUB – Dünyanı şoka salan əməliyyatın yeni təfərrüatları

13.01.2020 - 09:46

Amerika Birləşmiş Ştatları (ABŞ) «Əl-Qüds» bölməsinin komandanı, iranlı general Qasım Süleymani barədə bütöv bir agentura şəbəkəsindən informasiya alıb. Bu barədə istintaqla bağlı olan mənbəyə istinadla «Röyter» agentliyi xəbər verir.

Dərc olunan materiallara əsasən, bu məsələdə əsas rolu Suriyanın özəl «Cham Wings » avişirkətinin iki işçisindən alınmış məlumat oynayıb.

İsrail mətbuatının yazdığına görə, casuslardan biri Dəməşq aeroportunda, ikincisi isə Dəməşqdən uçan və Süleymanini Bağdada gətirən təyyarədə olub. Əməliyyatın daha iki iştirakçısı isə Bağdad aeroportunun təhlükəsizlik xidməti əməkdaşları olublar.

«Röyter» təsdiqləyir ki, Süleymani birbaşa trapa gətirilib və qeydə alınmış sərnişinlərin siyahısında onun adı olmayıb. O, öz təyyarəsi ilə uçmayb və mobil telefondan istifadə etməyib.

Təyyarə yanvarın 3-ü gecə saat birin yarısında yerə enib. Trapda Süleymanini Əbu Məhdi əl-Mühəndisi – «Həşd əl-Şəbi» şiə üsyançı birləşməsinin komandan müavini gözləyib. Sərhədçilərdən yan keçməklə, zirehli avtomobillər aeroport ərazisindən çıxıblar. Yerli vaxtla 00:55-də onlara raket zərbəsi endirilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=140607

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2020
BE ÇA Ç CA C Ş B
« Dek    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031