İraqda general Süleymaninin abidəsi ucaldılacaq

13.01.2020 - 09:52

İraq Mədəniyyət Nazirliyi Əl-Haşd Al-Şaabi şiə qruplaşmasının başçısının müavini Əbu Mehdi əl-Muhandis və iranlı general Qasım Süleymaninin öldürüldüyü ərazidə onların abidəsinin ucaldılmasına icazə verib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu İraq Parlamentin mədəniyyət və turizm komitəsinin üzvü Əli əl-Xmeydaui deyib.

O, hər iki şəxsin xatirəsinə abidə ucaltmağı təklif etdiyini söyləyib: “Mədəniyyət naziri ilə görüşdən sonra abidənin ucaldılması barədə razılıq əldə olundu. Nazir Baş İncəsənət İdarəsinin rəhbərliyinə komissiya yaratmaq, tender elan etmək və heykəltaraşlar birliyi ilə bu məsələni əlaqələndirmək tapşırığını verdi”.

Əli əl-Xmeydaui qeyd edib ki, abidə üçün xüsusi yer İraqın Mülki Aviasiya Təşkilatının, Əl-Haşd Al-Şaabi üzvlərinin və Bağdad Təhlükəsizlik İdarəsinin əməkdaşlarının birgə məsləhətləşmələri zamanı seçiləcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=140608

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930