“Komandanlara təşəkkür edirəm…” – Xamenei sərnişin təyyarəsinin vurulması haqda

17.01.2020 - 14:39

“Son iki həftə bizim üçün macəra dolu oldu. Bu iki həftədə İran xalqı üçün acı, şirin və ibrət götürüləsi hadisələr baş verdi”.

APA-nın Tehran bürosunun xəbərinə görə, bunu İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei bugünkü cümə namazı xütbəsində çıxışı zamanı deyib.

O bildirib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı, general Qasim Süleymaninin öldürülməsinə sərt cavab verilib.

“ABŞ yalandan İran xalqının yanında olduğunu deyir. Baxın görün İran xalqı kiminlədir?! Qasım Süleymaninin fotosunu təhqir edən insanların sayı yüz-iki yüz nəfərdir, lakin onun xatirəsini əziz tutaraq küçələrə axışan insanların sayı milyonlarladır”, – deyə o, vurğulayıb.

İranın Ali Rəhbəri qeyd edib ki, Ukraynaya məxsus sərnişin təyyarəsinin Tehran yaxınlığında səhvən vurulması üzücü hadisədir: “Bu, acı hadisə idi və bizim qəlbimizi sözün həqiqi mənasında yandırdı. Komandanlara təşəkkür edirəm ki, hadisə ilə bağlı xalqa doğru məlumat verdilər. Lakin bu məsələ ciddi şəkildə araşdırılmalıdır ki, oxşar hadisələrin qarşısı ciddi şəkildə alınsın”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=141039

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930