İŞİD-in yeni rəhbəri məlum olub

21.01.2020 - 09:35

İŞİD terror qruplaşmasının yeni başçısı onun ideoloqlarından biri Əmir Məhəmməd Səid Abdel Rəhman əl-Maulə olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Guardian” qəzeti bildirib.

Nəşr Əmir Abdel Rəhmanı ötən il oktyabrın sonunda İdlib əyalətində ABŞ-ın xüsusi əməliyyatının gedişatında zərərsizləşdirilmiş İŞİD-in əvvəlki lideri Əbu Bəkr əl-Bağdadiyə yaxın şəxs adlandırıb. Dövlət Departamenti onun İraq əsilli olduğunu qeyd edərək, əl-Bağdadinin müavinlərindən biri olduğunu açıqlayıb.

ABŞ hakimiyyəti əl-Bağdadinin özü və ən yaxın tərəfdarları barədə informasiya verənə 5 milyon dollar mükafat vəd etmişdi.

Britaniya nəşrinin yazdığına görə, İŞİD-in keçmiş və indiki başçıları hələ 2004-cü ildə ABŞ-ın İraqdakı “Kemp-Bukka” düşərgəsində məhkum olarkən tanış olublar. Əmir Abdel Rəhman qruplaşmanın banilərindən biri olub. O, qruplaşmanın ideologiyasının yaradılmasında və bir sıra əməliyyatların planlaşdırılmasında iştirak edib.

Qəzetin məlumatına görə, məhz o İraqda xristianların məhvinin əsasını qoyub

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=141128

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2020
BE ÇA Ç CA C Ş B
« Yan    
 12
3456789
10111213141516
17181920212223
242526272829